Kosmosa uçan ilk turistlər
Dünya xəbərləri

Kosmosa uçan ilk turistlər

Böyük Britaniyada yerləşən Virgin Galactic şirkəti dünən ilk turistlərini kosmosa göndərib.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, 18-80 yaş arası 3 nəfərin olduğu səyahət 45 dəqiqə davam edib. 

Britaniyalı milyarder Riçard Bransonun aerokosmik şirkəti Virgin Galactic 19 ildir ki, bunun üzərində çalışır. Raket 88 ​​kilometr yüksəkliyə qalxıb, hansı ki, bu, cazibə qüvvəsinin minimuma endiyi qatdır. Ümumilikdə 45 dəqiqə davam edən səyahətin cəmi bir neçə dəqiqəsində kosmosda qalan vasitə, sağ-salamat qalxdığı uçuş-enmə zolağına qayıtmağı bacarıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".