Mehriban qonşuluq, faydalı tərəfdaşlıq
Siyasət

Mehriban qonşuluq, faydalı tərəfdaşlıq

Azərbaycan-Gürcüstan əlaqələri əsl regional əməkdaşlıq nümunəsidir

Azərbaycan Gürcüstan bütün sahələrdə uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir. İki ölkə arasında qarşılıqlı faydalı münasibətlər əsl regional əməkdaşlıq nümunəsidir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana növbəti işgüzar səfəri bunu deməyə əsas verir.

Bu səfər İrakli Qaribaşvilinin 2021-ci il fevralın 22- Gürcüstanın ikinci dəfə Baş naziri seçildikdən sonra ölkəmizə sayca 3- səfəridir. Belə ki, Baş nazir 2021-ci il mayın 5- Azərbaycana rəsmi, həmin il sentyabrın 29-da isə işgüzar səfər etmişdi. İki ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsində Prezident İlham Əliyevin Gürcüstana səfərləri mühüm rol oynayıb. Azərbaycan Prezidenti ötən il oktyabrın 24- Gürcüstana işgüzar səfəri zamanı Mçxeta rayonundakı Muxrani sarayında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşüb, onunla birgə "Qarabağ xanlığının irsi" sərgisi ilə tanış olub. Sərgi ilə tanışlıqdan sonra mətbuata bəyanatla çıxış edən dövlətimizin başçısı deyib: "Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır".

Cənubi Qafqazın gələcəyi ilə bağlı məsələlərdə iki ölkə demək olar ki, eyni mövqedən çıxış edir.

Ərazi bütövlüyü, bir-birinin suverenliyinə hörmət bu mövqeyi ifadə edən əsas amillərdir. Regionda sülh, sabitlik təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlərdə Azərbaycan Gürcüstan hər zaman sıx əməkdaşlıq edib. Bu, bir tərəfdən hər iki ölkənin dövlət maraqlarının tələbi, digər tərəfdən isə ümumilikdə, bölgə xalqlarının rifahı üçün ən optimal yanaşmadır. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Sovetlər birliyi dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi digər amillər iki ölkə arasında müttəfiqlik münasibətlərinin yaranmasına səbəb olub. Xüsusi qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılan bu dostluq əlaqələri keçən müddət ərzində bütün sahələr üzrə davam etdirilib məhz Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində regionda qlobal əhəmiyyətli nəhəng layihələr gerçəkləşdirilib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TAP, TANAP s. kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr bu ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Eyni zamanda GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı digər regional təşkilatlar daxilində Gürcüstanla Azərbaycanın əməkdaşlığı ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Ötən illərdə Gürcüstanda enerji təhlükəsizliyi sahəsində yaranan mürəkkəb vəziyyətin aradan qaldırılmasına qardaş dəstəyini göstərən Azərbaycanın yardımını dost köməyi adlandıran gürcü xalqı bu diqqəti yüksək dəyərləndirir.

Sosial-iqtisadi əməkdaşlığın hər iki ölkəyə qazandırdığı uğurlardan qarşılıqlı şəkildə bəhrələnən Azərbaycan-Gürcüstan əlaqələrinin yeni mərhələsi olan enerji nəqliyyat layihələri tərəfdaşlığın daha mühüm istiqamət üzrə inkişafını şərtləndirdi. Hər iki dövlət başçısının bəyanatlarında qeyd olunduğu kimi, əməkdaşlığın əsas hissəsinin energetika sektoruna aid olması birgə səylərin bəhrəsi, ölkələrimizin iqtisadi inkişafını yüksəldən başlıca amildir. Gürcüstan Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan ölkələrdir. Bu rolun getdikcə artdığını vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələri Avropanın enerji təhlükəsizliyi üçün böyük töhfədir. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək bu rəqəm ildən-ilə artır. Avropanın dünyanın bu gün ən çox diqqət yetirdiyi məsələlərdən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır. Azərbaycan bir neçə ilə Avropaya qaz ixracını artırmağı planlaşdırır ki, bu da Gürcüstanın tranzit ölkə kimi strateji əhəmiyyətini yüksəldir.

Qarşılıqlı görüşlərdə çoxmillətli çoxkonfessiyalı ölkələr olan Azərbaycan Gürcüstan arasında əlaqələrin möhkəmlənməsini multikulturalizmin nümunəsi adlandıran liderlər bu istiqamətdə münasibətlərin daha da möhkəmlənməsini bütün sahələrin inkişafına təsir edən amil kimi dəyərləndiriblər. Baş nazir İrakli Qaribaşvili isə mətbuata bəyanatında Gürcüstan-Azərbaycan əməkdaşlığının gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb: "Mən Sizin atanızdan, ölkənizin ümummilli liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq gələcək nəsillərə ötürək".

Mustafa KAMAL,

"Respublika".