Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı respublika üzrə prezident seçkilərini müşahidə edəcək
Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı respublika üzrə prezident seçkilərini müşahidə edəcək

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə 7 fevral - növbədənkənar Prezident seçkiləri günü qurum respublika üzrə seçkiləri müşahidə edəcək.

Təşkilatın sədr müavini Cəlil Xəlilov qeyd edib ki, təşkilat üzvlərinin siyahıları bu günlərdə MSK-ya təqdim olunacaq: “Təşkilatımız və onun çoxminlik üzvləri hər zaman respublikamızın həyatında fəal iştirak edib. Biz bu prosesdən də kənarda qalmırıq. İnanıram ki, veteranlarımız bu məsuliyyətli işin də öhdəsindən müvəffəqiyyətlə gələcək, azad, demokratik seçki prosesinə layiqli töhfə verəcəklər”.

“Respublika”.