Notariusların peşə biliklərinin artırılması üzrə beynəlxalq konfrans
Digər xəbərlər

Notariusların peşə biliklərinin artırılması üzrə beynəlxalq konfrans

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə cinayətkarlığa qarşı qəti mübarizə aparılaraq bu sahədə sistemli kompleks tədbirlər uğurla davam etdirilir. Dövlətimizin başçısının Sərəncamı ilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illəri əhatə edən Milli Fəaliyyət Planı təsdiq edilərək həyata keçirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Nazirliyin kollegiyasında bu mühüm sənəddən irəli gələn vəzifələr müzakirə olunaraq tədbirlər müəyyən edilib.

Bununla əlaqədar Milli Fəaliyyət Planının icrası çərçivəsində iyunun 12-13- Ədliyyə Nazirliyinin, Azərbaycan Almaniya Federal notariat palatalarının birgə təşkilatçılığı ilə notariusların peşə biliklərinin artırılması məqsədilə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə notariusun rolu" mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə təşkilatçı qurumların Beynəlxalq Notariat İttifaqının rəhbər şəxsləri, beynəlxalq ekspertlər, Milli Məclisin deputatı, Ali Məhkəmənin, Vəkillər Kollegiyasının, Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Maliyyə Monitorinqi Xidmətinin, Hüquqi Ekspertiza Qanunvericilik Təşəbbüsləri Mərkəzinin, Bakı Dövlət Universitetinin vətəndaş cəmiyyətinin təmsilçiləri, paytaxtda regionlarda fəaliyyət göstərən notariuslar iştirak ediblər.

Konfransın açılışında Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov çıxış edərək cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə notariusların vəzifələrinə toxunub, bu sahədə qanunvericiliyin yeni tələblərinin tətbiqi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi üçün Ədliyyə Nazirliyi ilə birgə təlim-tədris tədbirlərindən, xarici ölkələrin notariat qurumları ilə səmərəli əməkdaşlıqdan danışıb, konfransın notariusların peşə biliklərinin artırılması baxımından önəmini qeyd edib.

Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyasının Prezidenti, fəxri notarius Rixard Bokun Almaniya Federal Notariat Palatasının eksperti Monika Thullun Almaniyada notariusların reyestr xidmətlərinin çirkli pulların yayılmasının qarşısının alınmasında funksiyaları, bu sahədə onların rolu mövzusunda məruzələri dinlənilib.

Konfransda ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin hüquqi əsasları, bununla bağlı maliyyə nəzarəti orqanının tənzimləyici rolu, notariat fəaliyyəti Ədliyyə Nazirliyinin nəzarət tədbirləri barədə çıxışlar edilib, maraqlı diskussiyalar aparılıb.

Ülvi QARAYEV,

Respublika”.