Ölkəmizin quruculuq və inkişaf dövrü
Siyasət

Ölkəmizin quruculuq və inkişaf dövrü

"Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram" deyərək əməli siyasi fəaliyyəti ilə bunu sübut edən ümummilli lider Heydər Əliyev ömrünün 50 ilindən çoxunu xalqın taleyi ilə sıx bağlamışdır. İqtisadiyyatımızda, milli ideologiya mənəviyyatımızda, mədəniyyətdə, elmdə, təhsildə, səhiyyədə digər sahələrdə misilsiz xidmətləri olmuş dünya şöhrətli şəxsiyyətin titanik fəaliyyəti heç vaxt xalqımızın yaddaşından silinməyəcəkdir.

Tanrının Azərbaycan xalqına bəxş etdiyi nemətlərdən biri müstəqil Azərbaycan dövlətidirsə, digəri Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev fenomenidir. Mənalı ömrünü Vətənimizdə qurub-yaratmağa həsr etmiş ümummilli lider Heydər Əliyevin gərgin əməli fəaliyyəti nəticəsində mühüm geostrateji ölkə kimi dünyanın Azərbaycana diqqəti daha da artdı. Bu müdrik insanın, Qafqazda sülh ideyasının alovlu təbliğatçısının səyləri qətiyyətli mövqeyi sayəsində milli dövlətçiliyimizi qoruyub saxlamaq mümkün oldu. Azərbaycanda demokratiyanın inkişafına, insan vətəndaş hüquqlarının bərqərar edilməsinə nail olundu, iqtisadiyyatda tənəzzülün qarşısı alındı. Ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində ölkəmizdə asayiş bərqərar oldu.

Ulu öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən - Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən sovet hakimiyyətinin bütün təqib təzyiqlərinə rəğmən dövlətimizin suverenliyinə, xalqımızın milli qurtuluşuna gedən yolun təməlini qoyur, şüurlarda, beyinlərdə həmin günlərin toxumlarını cücərdirdi. Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır.

1980-ci illərin sonlarında sovet imperiyasının süqutunun yaxınlaşdığını görən keçmiş SSRİ rəhbərləri Heydər Əliyevin Azərbaycanın gələcək taleyində oynayacağı həlledici rolu, həyata keçirəcəyi tarixi missiyanı da aydın şəkildə görür dərk edirdilər. Həmin dövrdə ulu öndər Heydər Əliyevə qarşı başladılan təqib təzyiq kampaniyasının kökündə məhz bu qüdrətli lideri Azərbaycanda baş verən baş verəcək hadisələrə təsir imkanlarından məhrum etmək, xalqımızı milli müstəqilliyə gedən yoldan, suverenlik uğrunda mübarizədən çəkindirmək, həmçinin tarixi torpaqlarımızın mənfur qonşumuz tərəfindən işğalına zəmin yaratmaq dayanırdı.

Təəssüf ki, 1990- illərin əvvəllərində, müstəqilliyimizin ilk illərində ulu öndərimizin siyasi hakimiyyətdə olmamasından fürsət kimi istifadə edilərək bu çirkin planın həyata keçirilməsinə başlanıldı. Əfsuslar olsun ki, Azərbaycanı bir dövlət kimi məhvə sürükləyən bu bədxah fəaliyyətə ölkə daxilindən rəvac verənlər tapıldı. Amma bütün bunlar dünya siyasətinin fenomeni, müdrik şəxsiyyət Heydər Əliyevi tutduğu haqq yolundan, xalqa, dövlətə təmənnasız xidmət amalından döndərə bilmədi. Qədirbilən, müdrik Azərbaycan xalqı isə belə bir ağır şəraitdə onu bütün bəlalardan yalnız yalnız Heydər Əliyevin xilas edəcəyini bir daha yəqinləşdirdi.

Xalqın çağırışı ilə Bakıya dönən böyük rəhbər Heydər Əliyev 15 iyun 1993- ildə hamılıqla Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin tarixi iclasda etdiyi çıxışında ümummilli lider Heydər Əliyev dövlətimizin inkişaf strategiyasını müəyyənləşdirdi, bir xalq olaraq hədəflərimizi, gedəcəyimiz yolu inamla bəyan etdi. Bu tarixi hadisə xalqımızın inamını özünə qaytardı. Qədirbilən müdrik xalqımız hələ rəsmən elan edilməmiş, həmin tarixi məhz "Qurtuluş Günü" adlandırmağa başladı. 1997-ci ildə Milli Məclis xalqın bu arzusunu, ülvi niyyətini gerçəkləşdirdi. 15 iyun tarixi Azərbaycanda Milli Qurtuluş Günü kimi təqvimə daxil edildi. Ötən dövr ərzində tarix dəfələrlə sübut etdi ki, xalqın arzusu ilə Milli Məclisin qəbul etdiyi bu qərar müdrik uzaqgörən bir addım olmuşdur.

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra davamlı inkişaf strategiyasını praktikada daha əsaslı surətdə tətbiq etdirərək həqiqi mənada ölkədə milli yüksəlişə nail oldu. 90- illərin əvvəlində tüğyan edən separatçılıq, etnik parçalanma meyillərinin ölkənin varlığı üçün yaratdığı real ciddi təhlükə yalnız Heydər Əliyevin Azərbaycanın rəhbəri olduqdan sonra elan etdiyi qətiyyətlə həyata keçirdiyi azərbaycançılıq ideologiyası sayəsində dəf olundu. Ölkənin ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslarla, beynəlxalq norma prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordu formalaşdırıldı, Azərbaycanın milli mənafeyini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atıldı. 1994- ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Azərbaycan rəhbərliyinin qətiyyəti, sarsılmaz siyasi iradəsi sayəsində Qərb şirkətləri ilə aparılan danışıqlar məntiqi sonluqla yekunlaşdı. 1994- ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Bu müqavilənin imzalanması respublikamızın bugünkü gələcək iqtisadi uğurlarının təməlinə çevrildi.

Ümummilli liderimiz insan hüquqlarını müxtəlif iqtisadi siyasi sistemlərin, ideologiyaların mədəniyyətlərin mövcud olduğu dünyada toplumları, xalqları, cəmiyyətləri birləşdirən, onlara humanist dəyərlər aşılayan əsas meyar kimi dəyərləndirmişdir. Heydər Əliyevin bu sahədəki fəaliyyəti təkcə ayrı-ayrı fərdlərin, kütlələrin deyil, bütöv bir xalqın hüquq azadlıqlarının müdafiəsinə yönəlmişdir.

Hüquqi dövlət qanunun aliliyinin hələ tam oturuşmadığı bir dövrdə, 1993- ildə ölüm hökmü cəzasının tətbiqi üzərində moratorium qoyuldu, 1998-ci ildə isə ölüm cəzası Azərbaycanda ləğv edildi.

Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra artıq yeni əsas qanunun qəbul edilməsinə ehtiyac yaranmışdı. Bu ehtiyacı şərtləndirən amillər sırasında ölkədəki siyasi sistemin dəyişməsini, iqtisadi münasibətlərin prinsipcə yeni meyarlar əsasında köklənməsini, beynəlxalq aləmə inteqrasiya meyillərinin intensiv xarakter almasını, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində atılan konkret məqsədyönlü addımları göstərmək olar. Lakin həmin illərdə ölkədə yaşanan siyasi destabillik, dövlət idarəçiliyindəki xaos dərəbəylik, müharibə meydanındakı uğursuzluqlar Konstitusiyanın qəbul edilməsi istiqamətindəki işlərə sirayət edərək bu mühüm prosesə ətalət durğunluq havası gətirmişdi. 1991-ci il fevralın 19-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yeni Konstitusiyanın hazırlanması məqsədilə yaradılmış 74 nəfərdən ibarət işçi komissiyasının fəaliyyəti gözlənilən nəticəni vermədi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra məhz onun təşəbbüsü ilə müstəqil Azərbaycanın yeni Konstitusiyası layihəsinin hazırlanmasına başlanıldı. İşçi komissiyasının tərkibi Prezident tərəfindən parlamentə təqdim edilmiş Milli Məclis 1995-ci il mayın 2- müvafiq qərar qəbul etmişdir. Konstitusiya layihəsi ümumxalq müzakirəsi üçün 15 oktyabr 1995-ci ildə dərc edilmiş 12 noyabr 1995-ci il tarixində keçirilmiş referendumda seçicilərin 94,8 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir.

Bir qayda olaraq, müstəqillik əldə edən demokratik inkişaf yoluna qədəm qoyan dövlətlərdə yeni konstitusiyanın qəbulu zərurətə çevrilir. Belə ki, müasir demokratik dövlətlərdə konstitusiya dövlətin bütövlükdə hüquq sisteminin əsasını təşkil edir, cəmiyyətdə hüquq düşüncəsinə hüquqi-siyasi münasibətlər sisteminə əhəmiyyətli təsir göstərir. Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, konstitusiya həm cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını belə müdaxilənin yol verilə bilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir. Ümummilli liderin dərin zəkası sayəsində, ilk növbədə dövlət idarəçiliyinin bütün sahələrinin mütərəqqi standartlara uyğunlaşdırılmasına, insan hüquq azadlıqlarının qorunması ilə bağlı davamlı demokratik islahatların həyata keçirilməsinə başlanılmışdır. Müdrik şəxsiyyətin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Bəli, bu gün əminliklə deyə bilərik ki, XX əsrin sonlarında milli dövlətçilik taleyimizdə, xalqımızın xilası qurtuluşunda həmin missiyanı ağır, ziddiyyətli mürəkkəb bir şəraitdə ümummilli liderimiz Heydər Əliyev peşəkarlıq, yüksək məharətlə, uzun illər ərzində əldə etdiyi dövlətçilik təcrübəsi, zəngin bilik bacarığı ilə həyata keçirdi. Həmin dövrün spesifik xüsusiyyətlərini, dövlətçiliyimizin hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını göz önünə gətirəndə Azərbaycanın milli qurtuluş savaşının daha ağır mərhələlərdən keçdiyinin, ulu öndərimizin xilaskarlıq missiyasının isə heç bir dünya liderinin tarixdəki rolu ilə müqayisə edilmədiyinin bir daha şahidi oluruq.

Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi 1993-2003- illər tariximizə dövlət quruculuğu dövrü kimi düşdü. Məhz həmin illərdə Azərbaycanda müstəqil müasir dövlət idarəçiliyi formalasdırıldı, siyasi idarəçiliyin əsasları yaradıldı. Müstəqil Azərbaycan Respublikası postsovet ölkələri ilə müqayisədə keçid dövrünü daha sürətlə aşdı, dayanıqlı davamlı rifah yoluna qədəm qoydu. Azərbaycanın etibarlı tərəfdaş kimi imici dünya miqyasında artmağa başladı, ölkəmiz regionda söz sahibinə, güc mərkəzinə çevrildi.

2003- ildən ölkəmizə uğurla rəhbərlik edən, ulu öndərimiz Heydər Əliyevin siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev ümummilli liderimizin dövlətimizin təməl sütununa, ali dəyərinə çevrilən, azərbaycançılıq ideologiyasına əsaslanan milli Yüksəliş doktrinasını inamla həyata keçirdi.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə milli ruhlu, vətənpərvər gənclik yetişdi. 2020-ci ilin payızında Qarabağ uğrunda Vətən müharibəsindəki Zəfərimizin ən parlaq səhifələrini məhz həmin gənclər yazdılar. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin "Mən ona özüm qədər inanıram gələcəyinə böyük ümidlər bəsləyirəm" sözlərində ifadə olunmuş tarixi etimadının əsaslı olduğunu özünün parlaq fəaliyyəti ilə təsdiqlədi. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev ulu öndərimizin bütün arzularını, planlarını, ən əsası özündə tarixi torpaqlarımızın azadlığını ehtiva edən müqəddəs ata vəsiyyətini şərəflə, əzmlə, müdrik, qədirbilən xalqından güc alaraq yerinə yetirdi.

Bu gün ümummilli liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi fəaliyyəti nəticəsində yaşayır yaşayacaqdır.

Elvin ASLANOV,

Azərbaycan Respublikası Ədliyyə

Nazirliyi Məhkəmə Ekspertizası

Mərkəzinin şöbə rəisi.