Penitensiar xidmətə yeni rəis təyin edilib 
Sərəncam

Penitensiar xidmətə yeni rəis təyin edilib 

Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. 

"Respublika” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. 

Digər Sərəncamla, Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.