Regionda sülhə ən böyük təhdid - Hayastan
Siyasət

Regionda sülhə ən böyük təhdid - Hayastan

Şanlı Qələbəmizdən sonra Azərbaycan bir çox sahədə strateji əhəmiyyətə malik böyük addımlar atıb atmağa davam edir.

Bir sıra böyük dövlətlərlə yanaşı, qonşu ölkələrlə strateji əməkdaşlıq qurulur, mövcud əlaqələr daha da gücləndirilir. İmzalanmış bəyannamə sənədlər isə Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş olduğunu göstərir. Ölkəmizin neft-qaz sahəsində öz sözünü deməsi, siyasət meydanında mövqeyini möhkəmləndirməsi əlbəttə ki, təsadüfi deyil. Dövlət başçımız İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Azərbaycan beynəlxalq aləmdə öz sözü, gücü çəkisi olan bir ölkədir. Bu da bir sıra ölkələrdə Azərbaycana qarşı yaranan qısqanclığın səbəbini aydın şəkildə göstərir. Qərb qonşumuz isə bunun belə olduğunu illərdir ki, öz aqressiyası ilə sübut edir.

Azərbaycan tərəfi 2020-ci il sentyabrın 27- qarşı tərəfin təxribatlarına adekvat cavab verərək 44 günlük Zəfər yolumuzun ilk addımını atdı. Bundan sonra davam edən dövrdə doğma torpaqlarımız azad edildi, digər qisminin isə boşaldılması üçün ermənilərə möhlət verildi. Ermənistan hakimiyyətinin vandalizminə baxmayaraq, Prezident İlham Əliyev orada yaşayan insanlara ərazini tərk etmək üçün kifayət qədər zaman ayırdı. Bu da onu deməyə əsas verir ki, Azərbaycan tərəfi ölüm, müharibə istəmir. Tək məqsədimiz sülhü bərqərar etmək insanların rifah içində yaşamasına nail olmaqdır.

Bölgədə 1988-ci ilə qədər ondan sonra da orada yaşamış yerli erməni icması ilə danışıqlar aparmaq məqsədilə bu il martın 1- görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov iştirak edib. Azərbaycan Respublikasının Konstitusiyasına qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Vurğulanıb ki, bölgədə yaşayan, ölkəmizin əksinə heç bir hərəkət etməyən Azərbaycan Respublikasının qanunlarına, nizam-intizama riayət edən hər bir azlıq ölkəmizin fərdidir. Bunun belə olduğunu Prezident İlham Əliyev çıxışı zamanı bildirib: "Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq imtiyazlara, o cümlədən mədəni, linqvistik digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi təmin edilib". Bu da onu deməyə əsas verir ki, Paşinyan hakimiyyətinin əksinə, ölkəmizin başçısı xalqımız ermənilərə qarşı xoşniyyətli tolerantdır.

İclas zamanı növbəti görüşün Bakı, Gəncə yaxud Ağdamda baş tutması ehtimal olunurdu ən sonda Bakıda keçirilməsi qərarlaşdırıldı. Görüşün paytaxt Bakıda keçirilməsi isə hər cəhətdən böyük əhəmiyyət kəsb edirdi. Lakin qarşı tərəf gəlmədi. Ermənilər ikinci dəfə görüşdən imtina etdi. Buradan o nəticəyə gəlirik ki, sülh yolunda ən böyük əngəl elə Ermənistanın özüdür. Azərbaycan qalib tərəf olmasına baxmayaraq, mütəmadi şəkildə Paşinyan hakimiyyətini sülhə dəvət edir, lakin qarşı tərəf bunu istəmir. Bu da onu göstərir ki, Paşinyan öz xalqının rifahını düşünməyən sadəcə "böyük Ermənistan" xülyasında olan rəhbərdir.

30 illik işğala, vandalizmə baxmayaraq, Azərbaycan bağışlamağa, sülhə hazırdır. Bu da həm dövlətimizin, həm xalqımızın mərhəmətə sahib olmasından xəbər verir.

Töhfə SƏMƏDOVA,

"Respublika".