Pakistanın Baş naziri İçərişəhərlə tanış olub
Siyasət

Pakistanın Baş naziri İçərişəhərlə tanış olub

Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15- dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi Qız qalası ilə tanışlıqdan başlayıb. Pakistanın Baş nazirinə Qız qalasının tarixi barədə məlumat verilib.

Elektromobillə gəzinti zamanı ali qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlıq bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinə baş çəkən qonağa hədiyyələr təqdim olunub.

İçərişəhərlə tanışlıq Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifdə xoş təəssürat yaradıb.