Romada vəhşi arı növü yayılıb
Dünya xəbərləri

Romada vəhşi arı növü yayılıb

Fransada taxta biti böcəyinin yayılmasından sonra İtaliyanın paytaxtı Romada arı hucumu başlayıb.

"Respublika" "Milliyet"ə istinadən xəbər verir ki, Şimali Afrika və Cənub-Şərqi Asiya mənşəli arı növü olan bu tür ilk olaraq, Monteverde bölgəsində görünüb, daha sonra Romaya doğru istiqamətlənib. Sözügedən arı növünün 1950-ci illərdən bəri ilk dəfə Romada görüldüyü deyilir.

Bildirilib ki, arılar pəncərələrin künclərində, havalandırma dəliklərində, kondisioner qurğularında və tarixi abidələrin çatlarında yuva salaraq çoxalırlar. Şəhərdə çox sayda arı sancması hadisəsi baş verib.  Arıların yayılmasının səbəbləri kimi  isə, şəhərin zibil problemi olması və yüksək temperatur göstərilib.