Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları tərəfindən Salyan rayonunun “Azqropark Az Təsərrüfat” MMC-də pambıqçı fermerlərə "Pambıq bitkisinin becərilməsində həyata keçirilən aqrotexniki tədbirlər, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri" mövzusunda təlim keçirilib. 7 iyun Agentliyin məlumatında bildirilir ki, təlimdə Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, qabaqcıl fermerlər, “P-Aqro”, “Azərpambıq MKT”-nin mütəxəssisləri iştirak edib. İştirakçılara pambıq sahələrindən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün tələb olunan aqrorexniki tədbirlərin, həmçinin zərərli orqanizmilərə qarşı mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi barədə ətraflı məlumatlar verilib.
“Respublika”.