Şəhid adlarının əbədiləşdirilməsi işləri davam etdirilir
Region

Şəhid adlarının əbədiləşdirilməsi işləri davam etdirilir

Respublika Prezidentinin göstərişinə əsasən bütün bölgələrdə olduğu kimi Zaqatala rayonunda da şəhid ailələrinə, müharibə əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına hər zaman xüsusi diqqət göstərilir.  Belə ki, ümumilikdə 1559 nəfər  olan bu şəxslərlə   fərdi olaraq mütəmadi görüşlər keçirilmiş, qayğı və problemlərinin həlli üçün konkret işlər görülmüşdür. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında qərara uyğun olaraq Vətən müharibəsi şəhidlərinin adlarının küçələrə verilməsi təmin edilmişdir.

 Rayon İcra Hakimiyyəti tərəfindən “Zəfər kompleksi” tikilmiş, rayonun iki istiqamətdən olan girişində  “Aprel döyüşləri” “Vətən müharibəsi” və ondan sonrakı dövrlərdə şəhid olanların şəkilləri əks olunan abidə və Zaqatala şəhər qəbirstanlığında itkin düşmüş 62 şəhidin xatirəsinə abidə ucaldılmış, 2020-ci ildə Vətən Müharibəsində və ondan sonrakı dövrdə həlak olmuş 36 şəhidin məzarının üstü götürülmüş, şəhər, qəsəbə və kəndlərdə 9 şəhid bulağı inşa edilmişdir. Rayon icra hakimiyyətindən bildirilmişdir ki, 2023-cü ildə Zaqatala rayonundan olan 233 şəhidin abidəsinin ucaldılması üçün aidiyyatı üzrə şöbələrə rayon rəhbəri tərəfindən tapşırıqlar verilmişdir.

M.NƏRİMANOĞLU,

“Respublika”.