ŞƏHİDLƏRİMİZ QÜRUR MƏNBƏYİMİZDİR
Region

 ŞƏHİDLƏRİMİZ QÜRUR MƏNBƏYİMİZDİR

Praqmatik dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına göstərilən sosial müdafiənin gücləndirilməsi təşkil edir.

Yevlax şəhərində də bu qəbildən olan insanlarla daimi görüşlər keçirilir,  diqqət və qayğı ilə əhatə olunurlar. Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin anılması üçün daimi məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, həm Birinci, həm də İkinci Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə abidələr tikilir, bulaqlar inşa edilir, şəhidlərin yaşamış olduqları binalar, fərdi evlərə barelyeflər vurulur. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev 44 günlük Vətən müharibəsində şəhid olmuş Kazımov Emin Fərman oğlunun ailəsini ziyarət edərək, qayğıları ilə maraqlanmışdır. Görüşdə qeyd etmişdir ki, canlarını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu gün uğurla aparılan sosial siyasət kursu və görülən işlər bir daha təsdiq edir ki, dövlətimiz hər zaman bu kateqoriyadan olan insanların yanındadır. Bu baxımdan Yevlaxda da ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsi uca tutulur. onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur. Şəhidin atası Fərman Kazımov onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya ailə üzvləri adından dərin minnətdarlığını bildirib.

                       Zabit XƏLİLOV,

                       “Respublika”.