Şirvan məktəblilərinin uğuru
Region

Şirvan məktəblilərinin uğuru

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022 (SAF 2022) keçirilib. SAF 2022-yə ümumilikdə 350 komandadan 1500-dək iştirakçı qatılıb.  Onlardan 127-si xarici ölkə, 1300-ü isə yerli iştirakçı olub. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil ediblər. SAF 2022-nin yekununda 43 komanda I, 102 komanda II, 108 komanda isə III yerə layiq görülüb.  Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin nəzdində fəaliyyət göstərən Şirvan STEAM Mərkəzi Festivalda öz layihələri ilə iştirak edib və uğurlu nəticələrilə yadda qalıb. Belə ki, 10 kateqoriyada keçirilən bu yarışda komandalarımız 3 kateqoriya üzrə 12 qızıl, 9 gümüş, 11 bürünc (ümumilikdə 32 medal) medal qazanıb və 6 nominasiya üzrə uğurlu nəticələr göstərib. Festivalın bağlanış mərasimində qalib komandalara mükafatlar təqdim edilib. 

Tofiq HÜSEYN,

“Respublika”.