Sülhün dəyişməz formulu
Siyasət

Sülhün dəyişməz formulu

Vətən müharibəsində torpaqlarını işğaldan azad edən Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir. Ölkəmiz Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib sonda Ermənistan hökuməti bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Əgər sülh müqaviləsi imzalanarsa həmin sözügedən prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli dayanıqlı olacaq.

Azərbaycanın açıq bəyan edilmiş beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

İkinci Qarabağ müharibəsi Azərbaycan, Ermənistan Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla bitib. Bununla da Ermənistanla Azərbaycan arasında 30 ilə yaxın davam edən münaqişə faktiki olaraq, sona çatıb. Amma postmünaqişə dövründə sabitlik təhlükəsizliklə bağlı çağırışlar hələ qalmaqdadır. Eyni zamanda, indi regional iqtisadi inteqrasiya üçün yeni imkanlar da yaranır.

Əgər iki ölkə arasında sülh müqaviləsi bağlansa, Zəngəzur dəhlizi, Türkiyə ilə sərhədlər açılsa, bu, Ermənistanın iqtisadi cəhətdən yüksəlişinə səbəb ola bilər. Yəni sülh ən çox Ermənistana lazımdır. Düşmən ölkədə 30 il ərzində baş verən hadisələr onu göstərir ki, bu ölkə heç vaxt müstəqil qərar qəbul etməyib. Artıq İkinci Qarabağ müharibəsindəki Qələbədən üç ilə yaxın müddət keçib. Ermənistan hələ sülh müqaviləsini imzalamır. Çünki onları hakimiyyətə gətirən həm daxili, həm xarici qüvvələr bunu istəmir.

Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları yekun sülh sazişinin uzaqda olmadığını göstərir. Belə ki, erməni baş nazir Ermənistan cəmiyyətinə münasibətdə hiyləgər manevrlər etməsilə diqqəti çəkir. Əvvəlcə o, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etmək üçün Avropa məkanını seçdi. Hər halda, Avropa məkanında belə bir rəsmi bəyanatdan sonra geriyə dönüşün mümkün olmayacağını hər kəs anlayır. indi Ermənistan cəmiyyəti erməni baş nazirin "Qarabağ Azərbaycandır" açıqlamasını artıq qəbul edib.

Ona görə Nikol Paşinyan Avropa məkanında bəyan etdiyi açıqlamanı Ermənistan cəmiyyəti qarşısında detallaşdırmaqdan o qədər çəkinməyib. Hər halda, erməni baş nazirin Ermənistanın tanıdığı Azərbaycanın 86,600 kvadratkilometrlik ərazisinə Qarabağın da daxil olduğunu etiraf etməsi yekun sülh sazişinə doğru önəmli addımın atıldığını göstərir. Üstəlik, Nikol Paşinyanın Azərbaycan tərəfindən tanınmış 29,800 kvadratkilometrlik Ermənistan ərazisinə Naxçıvanın Qazaxın kəndlərinin daxil olmadığını da açıq şəkildə vurğulaması həlledici mərhələnin sürətlə yaxınlaşdığını sezdirir.

Belə anlaşılır ki, rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişini imzalamağa hazırdır. Eyni zamanda, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətini tədricən bu önəmli regional hadisəyə hazırlayır. Əgər Ermənistanın ətrafında hər hansı situasiya yaranmazsa, yaxın vaxtlarda yekun sülh sazişinin imzalanması reallığa çevrilə bilər.

Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə sülh müqaviləsinə imza atması onun hakimiyyətinin bir neçə ilində mümkün ola bilər. Azərbaycan o zaman sülh sazişinə gedə bilər ki, Ermənistan Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul edərək sülh müqaviləsini imzalamağa hazır olsun. Sərhəd məsələsində Azərbaycan konkret olaraq ədalətli mövqe ortaya qoyur. Azərbaycanla Ermənistanın sərhədlərinin dəqiq göstəricisi əsasən Rusiyada saxlanılan xəritələrdə təsbit edilib Azərbaycan da buna əsaslanır. Rusiya tərəfi prosesdə Azərbaycanın haqlı tərəf olduğunu bilir. Üçtərəfli komissiya var bu istiqamətdə sərhədlərin müəyyənləşməsi Ermənistanda keçiriləcək seçkilərdən sonra aydın olacaq. Azərbaycan torpaqları sovet dövründə yaylaq adı ilə Ermənistana verilib. Bu məsələdə Ermənistanın ərazi iddiası ilə çıxış etməyə hüquqi mənəvi haqqı yoxdur.

"Ermənistanla sülh müqaviləsi üzərində başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir". Bu fikri Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında söyləyib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra məhz Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işə başlamağı təklif edib. Dövlətimiz hesab edir ki, 30 illik işğala Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır.

Suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas norma prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür. Sülh müqaviləsi çoxillik düşmənçilik səhifəsini dəyişəcək.

Röya RÜSTƏMLİ,

"Respublika".