ŞUŞA: alınmaz qala, musiqi və sənət məbədi
Digər xəbərlər

ŞUŞA: alınmaz qala, musiqi və sənət məbədi

Ölkə başçısının 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir

"Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki       Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Hüsnünə sığmayan gözəllikləri ilə adı dillərdə dolaşan, ecazkar təbiəti ilə  şöhrəti aləmə yayılan  Azərbaycanın  baş tacı, Qarabağın döyünən ürəyi - qədim Şuşa. Dumanlı dağların qoynunda çağlayan İsa bulağı, igidlər oylağı Cıdır düzü ilə  könülləri riqqətə gətirən vətənimin dilbər guşəsi. Qarabağın dağlıq hissəsində, sıx meşələrin, büllur kimi saf bulaqların əhatəsində, uca dağların  zirvəsində  yerləşən  Qala şəhərim.

Milli-mənəvi dəyərlərimizimusiqi ənənələrimizi özündə yaşadan, Azərbaycanın   mədəniyyət mərkəzi sayılan Şuşa xalqımızın həyatında hər zaman özünəməxsus rol oynamışdır. Şuşa qalası mühüm iqtisadi, siyasi mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək tarixin sərt sınaqlarından çıxmış, dəfələrlə xarici hücumlara, müdaxilələrə məruz qalmışdır. Lakin bu qədim qala şəhəri heç bir vaxt Azərbaycan ruhunu itirməmişdir. Milli memarlıq üslubu ilə seçilən, orta əsr şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan, üç əsrə yaxın yaşı olan Şuşa tarixi boyu zəngin inkişaf yolu keçmiş, yetirdiyi görkəmli şəxsiyyətlərlə xalqımızın ədəbi, mədəni, ictimai-siyasi mühitinin formalaşmasında, zənginləşməsində əvəzsiz rol oynamışdırQasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər  Şuşada yetişmiş, yaradıcılıqları ilə Azərbaycanın mədəniyyət salnaməsinə şanlı səhifələr yazmış, əvəzolunmaz ədəbiyyat incəsənət nümunələri yaratmışlar.

Havasında, suyunda  musiqi duyulanşairmusiqiçi, memar, rəssam ədiblər məskəni olan qədim Şuşa Qafqazın sənət məbədi  adlanır. Saysız-hesabsız memarlıq inciləri, ədəbiyyat incəsənət nümunələri  ilə Azərbaycan muğamının beşiyi  hesab olunan Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınır.  "Şərqin konservatoriyası" adlanan bu şəhər Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimlərinin vətənidir.

2020-ci il noyabrın 8- müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən   Azərbaycanın muğam beşiyi, milli musiqimizin, poeziyamızın qədim abidəsi sayılan  Şuşa bu gün bütün dünyanı heyrətə gətirəcək, aləmi heyran qoyacaq dərəcədə yenidən  yaradılır. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin səfərindən sonra Şuşanın bərpası başlandı qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya Füzulidən yüksəkgərginlikli xətlər çəkildi, yarımstansiya tikildi, su  xətləri yeniləndi. Şuşanın tarixi abidələrinin restavrasiyasına başlandı. Molla Pənah Vaqifın büstü muzey-məqbərə kompleksi ilkin görkəminə qaytarıldı, Bülbülün ev-muzeyinin Üzeyir Hacıbəylinin heykəlinin açılışları oldu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin - Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri  mərkəzi meydanda qoyuldu. Üç məsciddə Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa işlərinə başlandı. "Qarabağ" "Xarıbülbül" otelləri istifadəyə verildi. Şuşanın Baş planı təsdiq edildi, yeni yaşayış kompleksinin təməli qoyuldu. Bu gün həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdətində qurulur tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Üç əsrlik yaşı olan  Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaralarıXurşidbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair-rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın onun qızı Qara Böyükxanımın qəsrləri, Gövhər Ağa məscidi, əsas ticarət mərkəzi olan "Rastabazar", Daşaltı dərəsi, Cıdır düzümöhtəşəm qala divarları digər memarlıq inciləri ilə əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə yadigar qalmışdır.

Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan  Şuşanın  tarixi görkəminin, əvvəlki şöhrətinin özünə qaytarılması ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə  ölkə başçımızın  2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın  mədəniyyət paytaxtı elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi tarixən xalqımızın mədəniyyətinin, incəsənətinin formalaşmasında, inkişaf etməsində Şuşa qədər ikinci  şəhərin olmadığını bir daha sübut edirBu sərəncamla 2021-ci il mayın 12-si 13- Şuşada  Heydər Əliyev Fondunun  təşkilatçılığı ilə "Xarıbülbülfestivalı  düzənləndi.

29 ildən sonra  artıq hər il  bu festival Şuşada keçirilir. Bu sərəncamla dövrünün böyük şairi, mütəfəkkiri dövlət xadimi, yaradıcılığında özünəməxsus realist ədəbi-estetik mövqeyi ilə seçilən Molla Pənah Vaqif irsinə işıq salan  Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə yenidən təşkil olunduTürkiyə-Azərbaycan birliyini əbədiləşdirən "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi", Beynəlxalq Kulinariya Festivalı, Dünya Azərbaycanlılarının V Qurultayı, Bülbülün anadan olmasının 125 illiyinə həsr olunan Vokalçıların Bülbül adına Vlll Beynəlxalq Müsabiqəsi, "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz region üçün sülh sabitlik mənbəyidir" mövzusunda beynəlxalq konfrans, "Mediada qlobal trendlər yeni çağırışlar" mövzusunda beynəlxalq media forumu szəngin şanlı  keçmişə malik, Azərbaycan xalqının qədim ənənələrini özündə yaşadan Şuşanın tarixini daha da zənginləşdirdi.

Şuşanın tarixi-mədəni əhəmiyyəti Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması barədə ölkə başçımız demişdir: "... Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə vaxt itirmədən, ancaq eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir".

Mehparə ƏLİYEVA,

"Respublika".