Şüşün kəndində yay düşərgəsi
Sosial həyat

Şüşün kəndində yay düşərgəsi

Kürdəmir rayon İcra Hakimiyyətinin, rayonun Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə Kür çayının sahilində, Şüşün kəndində yay düşərgəsi təşkil olunub.

“Respublika” xəbər verir ki, öz təbiəti etibarı ilə mənzərəli yerdə yerləşən Şüşün kəndindəki yay düşərgəsində rayon gəncləri ilə bərabər, kəndin fəal gəncləri, icra hakimiyyətinin könüllüləri də öz istirahətlərini səmərəli keçiriblər.

Gənclər marqlı tədbirlərdə,viktorina və sual-cavab gecələrində, əsər müzakirələrində fəal iştirak ediblər. Onların arasında şahmat, dama, domino, voleybol yarışları və turist çadırlarının quraşdırılması oyunları təşkil olunub.

Gənclərin təşəbbüsü ilə ağaclara quş evləri asılıb. Kür sahilində ərazilər tullantılardan təmizlənib.

Tofiq HÜSEYN,

“Respublika”.