Tbilisidə ilk dəfə Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan jurnalistlərinin görüşü
Digər xəbərlər

Tbilisidə ilk dəfə Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan jurnalistlərinin görüşü

Aprelin 29-da Tbilisidə Azərbaycan, Türkiyə, Gürcüstan Ermənistan jurnalistlərinin ilk görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş "Cənubi Qafqazda sülh medianın rolu" mövzusunda keçirilən dəyirmi masa çərçivəsində reallaşıb.

Türkiyənin Beynəlxalq Jurnalistlər Şurasının (BJŞ) təşkilatçılığı ilə keçirilən dəyirmi masada "Regional münaqişələrin həllində kütləvi informasiya vasitələrinin rolu" mövzusu müzakirə olunub.

BJŞ-nin Gürcüstan üzrə təmsilçisi, newsday.ge portalının redaktoru Avtandil Otanaşvili Cənubi Qafqazda gedən proseslərdən danışıb, münaqişələrin həllində KİV-in rolunu qeyd edib.

Sonra BJŞ-nin prezidenti Mehmet Ali Dim çıxış edərək dünyada müharibələrin yaratdığı problemlərdən danışıb. Bildirib ki, bütün müharibələr, münaqişələr digər problemlərin həllində KİV mühüm rol oynayır. Bu tədbiri keçirməkdə məqsəd, Azərbaycan ilə Ermənistan arasında 40 ilə yaxın müddətdə davam edən münaqişənin həllində KİV-in rolunu artırmaqdır.

Azərbaycanın Modern Media Qrupunun rəhbəri Elşad Eyvazlı münaqişələrin həllində jurnalistlərin rolunu qeyd edib. Dünyada gedən müharibələr zamanı jurnalistlərin qətlə yetirildiyini, eyni zamanda, Qarabağda AZƏRTAC AzTV-nin əməkdaşlarının şəhid olduqlarını diqqətə çatdırıb.

Onun təklifi ilə münaqişə bölgələrində həlak olan jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışında Azərbaycanın işğaldan azad olunan Kəlbəcər rayonundan olduğunu vurğulayan E.Eyvazlı deyib ki, işğaldan azad olunmuş kəndinə gedərkən gördükləri onları heyrətə gətirib: "Kəndin adı var evlər yoxdur, qəbiristanlıq var, məzarlar yoxdur, meşə var, ağac yoxdur. Bütün bunlar insanda çox acı təəssüratlar yaradır. Biz jurnalistlər çalışmalıyıq ki, bir daha analar övlad, bacılar qardaş, körpələr ata itirməsinlər", - deyə E.Eyvazlı vurğulayıb.

Ermənistanın "Arminform" agentliyinin direktoru Emmanuel Mkrtçyan azərbaycanlı jurnalistin fikirləri ilə razı olduğunu vurğulayıb jurnalistlərin bu toplantısının keçirilməsini yüksək qiymətləndirib.

Dəyirmi masada Türkiyənin "Sabah" qəzetinin yazarı Yavuz Donat, "Youtuber" portalının redaktoru Ardan Zentürk, "Haber Global"ın aparıcı redaktoru Benan Kepsutlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva, news.az portalının redaktoru Adnan Hüseyn, AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov, 24news.ge portalının rəhbəri Azər Məmmədov, "Arqumentı i Faktı" qəzetinin əməkdaşı Miranda Oganezova, apsny.ge portalının direktoru, siyasi icmalçı Qoça Qvaramiya, "Armeninfo" agentliyinin direktoru Emmanuel Mkrtçyan başqaları çıxış edərək tədbirin həmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, bu cür tədbirlər Cənubi Qafqazda davamlı sülhə nail olunması istiqamətində mühüm işlərin görülməsinə yardımçı ola bilər.

Jurnalistlərin bu cür dördtərəfli görüşülərinin daha geniş tərkibdə İstanbulda, Bakıda İrəvanda da keçirilməsinin vacibliyi qeyd edilib.

Toplantının sonunda yekun bəyannamə imzalanıb.