Təlimlər yekunlaşıb
Digər xəbərlər

Təlimlər yekunlaşıb

Mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, iş təcrübəsinin yüksəldilməsi məqsədilə Təlim və İnnovasiyalar Mərkəzində “Suölçən cihazların quraşdırılması, təmiri və istismarı” mövzusunda keçirilən təlimlər yekunlaşıb.

Təlimlər su sayğaclarının quraşdırılması sahəsində nəzəri və praktiki təcrübələri artırmaq məqsədilə təşkil olunub. Təlimlərə “Azərsu” ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin metrologiya üzrə mühəndisləri, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingərləri, ümumilikdə 245 nəfər cəlb olunub. 

Təlimlər nəzəri və praktiki olaraq iki istiqamətdə keçirilib. Nəzəri biliklərə yiyələnən mühəndis və çilingərlər Təlim və İnnovasiya Mərkəzində yaradılmış təcrübə poliqonunda sayğacların quraşdırılması, təmiri və istismarına aid iş prosesləri ilə əyani tanış olublar.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi.