Tokionun bəyanatı Cənubi Koreyada etiraza səbəb oldu
Dünya xəbərləri

Tokionun bəyanatı Cənubi Koreyada etiraza səbəb oldu

Tokio mübahisəli Tokto (Takesima) adalarına iddiasını bərpa etdikdən sonra Yaponiyanın Seuldakı səfirliyinin nümayəndəsi Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Respublika" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Yaponiya Müdafiə Nazirliyinin “Ağ kitab” adlı illik hesabatında yer alan mövqeyə görə səfirliyin nümayəndəsinə etiraz bildirilib. Yaponiyalı diplomat hadisəyə şərh verməkdən yayınıb.

Yapon dənizin qərbində yerləşən Tokto adaları Tokio və Seul arasında uzun müddətdir mübahisə mövzusu olaraq qalır. 1905-ci ildə Yaponiyanın ərazisinə qatılan arxipelaq II Dünya müharibəsindən sonra Tokionun nəzarətindən çıxıb. Ada hazırda Koreya Respublikasının nəzarəti altındadır.

Yaponiya ardıcıl olaraq 19 ildir ki, adalara iddiasını irəli sürür. Ümumi sahəsi 187 min 450 kvadratmetr olan iki adada cəmi 50 nəfər məskunlaşıb.

Nəzrin ELDARQIZI,

"Respublika".