Türkiyə və ABŞ arasında ticarət dövriyyəsi artırılacaq
Dünya xəbərləri

Türkiyə və ABŞ arasında ticarət dövriyyəsi artırılacaq

İyulun 17-18-də Hindistanda G20 ölkələrinin maliyyə nazirlərinin iclası keçiriləcək. Toplantı çərçivəsində Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək amerikalı həmkarı Canet Yellen ilə görüşəcək. 

“Respublika” xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında iqtisadi və ticari əməkdaşlıq imkanlarının inkişafı istiqamətində atılacaq addımlar müzakirə ediləcək. İlk mərhələdə Türkiyə və ABŞ arasında ticarət həcminin 100 milyard dollara çatdırılması hədəflənir. 

Xəbərdə o da qeyd olunub ki, sentyabrın 19-da ABŞ-da Türkiyə İnvestisiya Konfransı keçiriləcək. Şimşəkin bu görüşdə Amerikalı investorlarla görüşü və sualları cavablandırması planlaşdırılır. 

Jalə QASIMZADƏ, 
“Respublika”.