Üçüncü tərəf olmadan sülh mümkündür
Siyasət

Üçüncü tərəf olmadan sülh mümkündür

Azərbaycanla Ermənistan arasında münasibətlərdə irəliləyiş əldə etmək üçün delimitasiya komissiyalarının iclaslarının keçirilməsi mütləq və labüd idi. Belə ki, iki ölkə arasında sülhlə bağlı irəliləyişin əldə edilməməsinin əsas səbəbi delimitasiya komissiyalarının işlərindəki hərəkətsizlikdir və bu günə qədər Ermənistan çox böyük məharətlə delimitasiya prosesinin reallaşmaması üçün çalışmışdır. Qərbdən aldığı direktivlər və göstərişlərlə prosesi sabotaj etmək üçün bütün vasitələrdən istifadə edən düşmən ölkə zamanın daraldığını dərk etməlidir.

Sülh sazişinin bu günədək imzalanmamasında təkcə Ermənistan yox, onun havadarlarının da böyük günahı var, çünki onlar prosesin dondurulmasına çalışır və qəsdən delimitasiya məsələsinin gecikməsi üçün şərait yaradırlar. Bu baxımdan hesab edirəm ki, ciddi nəticə əldə etmək üçün mütləq şəkildə delimitasiya komissiyalarının işlərində əsaslı irəliləyiş lazımdır. Hər halda aylar sonra komissiyanın fəaliyyətə başlaması vacib məsələdir. 

Bu mexanizmin işə düşməsi ilə paralel həm də Azərbaycan və Ermənistan rəsmilərinin üçüncü tərəf olmadan üz-üzə görüşməsi çox böyük və müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan, Qazaxda baş tutan iclas Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün yeni mərhələdir.

Tural İSMAYILOV,

politoloq.