Xəzər dənizində zəlzələ olub - YENİLƏNİB
Gündəm

Xəzər dənizində zəlzələ olub - YENİLƏNİB

Dekabrın 14-də Xəzər dənizinin İran hissəsində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Respublika"-ya bildiriblər ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:00-da qeydə alınan zəlzələnin maqnitudası 4.6-ya bərabər olub.

Ocağı 34 kilometr dərinlikdə yerləşən zəlzələ Astara, Lənkəran və Lerik və digər sərhəd rayonlarında 3 baldan çox hiss olunub.

16:05

Dekabrın 14-də Xəzər dənizinin İran hissəsində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Respublika"-ya bildiriblər ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:04-də qeydə alınan zəlzələnin maqnitudası 4.5-ə bərabər olub.

Ocağı 31 kilometr dərinlikdə yerləşən zəlzələ Lənkəran və Lerik ərazisində 3 baldan çox hiss olunub.

15:25

Dekabrın 14-də Azərbaycan ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Respublika"-ya bildiriblər ki, ilkin məlumatlara görə, yeraltı təkanlar Xəzər dənizinin cənub hissəsində qeydə alınıb.

Yerli vaxtla saat 15:04-də qeydə alınan zəlzələnin maqnitudası 4.5-ə bərabər olub.

15:19

Dekabrın 14-də Azərbaycan ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Respublika"-ya bildiriblər ki, yerli vaxtla saat 15:04-də qeydə alınan zəlzələnin maqnitudası 4.5-ə bərabər olub.