Azərbaycan-Albaniya əlaqələri uğurla inkişaf edir
Siyasət

Azərbaycan-Albaniya əlaqələri uğurla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12- Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb. Tirana rəsmisi martın 13- isə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla bir araya gəlib. Bu görüşlərdə iki ölkə arasındakı münasibətlərin əhəmiyyəti vurğulanıb, Prezident İlham Əliyevin ötən ilin noyabr ayında Albaniyaya dövlət səfərinin iki ölkə arasında əlaqələrin inkişafı baxımından tarixi önəmi qeyd edilib.

Azərbaycan-Albaniya əməkdaşlığının bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, humanitar digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edilib.

Bu görüşlər Azərbaycan-Albaniya münasibətlərinin inkişafında yeni mərhələ hesab edilə bilər ölkəmizin həyata keçirdiyi xarici siyasət baxımından xeyli əhəmiyyətlidir. Belə ki, Mərkəzi Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli çoxtərəfli əməkdaşlığın inkişafı rəsmi Bakının xarici siyasət kursunun vacib istiqamətlərindən biridir.

Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993- il sentyabrın 23- qurulub. İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə həyata keçirilib. Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirlər isə 2 rəsmi 2 işgüzar səfər ediblər. 2022-ci il aprelin 14- Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən deyib ki, Albaniya ATƏT-in sədri hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanın tarixi hüquqlarını dəstəkləyir bunu etməyə davam edəcək. İndiyədək Azərbaycan Albaniya arasında 8 sənəd, o cümlədən 2013- il aprelin 8- Bakıda "Azərbaycan Respublikası Hökuməti Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş" imzalanıb.

İqtisadi sahədə əməkdaşlığa gəlincə deməliyik ki, Azərbaycan Albaniya arasında 2016-2017-ci illərdə ticarət əlaqələrində canlanma müşahidə edilib. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edir. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib layihənin icrasına töhfə veriblər. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013- ilin fevral ayında Albaniya, İtaliya, Yunanıstan dövlətləri arasında imzalanmış 2016- ilin mart ayından tikinti işlərinə başlanılmışdır. 2020-ci il dekabrın 31- TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Albaniyanın podratçı şirkətləri TAP boru kəmərinin tikinti işlərində iştirak ediblər. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Layihə, həmçinin Albaniya üçün ÜDM büdcə gəlirlərinin artımını təmin edib.

Ümumilikdə, 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86- xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,45 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 1,14 milyon dollar, ixracın həcmi 0,31 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 0,83 milyon dollar olub.

Balkan yarımadasının cənub-qərbində yerləşən Albaniya ilə Azərbaycan arasında siyasi dialoq bu il yüksələn xətlə inkişaf edir. Bakı ilə Tirana arasında əməkdaşlığın intensivləşməsi isə Azərbaycanın ABŞ ilə yaxınlaşmasının paralel şəkildə həyata keçirilməsinə imkan yaradır. Ümumilikdə, Albaniya bu siyasi konfiqurasiyada əhəmiyyətli rola malikdir. Çünki onun ABŞ, Türkiyə İsraillə münasibətləri yüksək səviyyədədir. Albanlar ABŞ-ın Balkanlarda əsas dayağı hesab olunurlar. Azərbaycan isə artıq Avropaya alternativ enerji resurslarının tədarükçüsü olmaqla yanaşı, həm islam dünyasında avroatlantizmi təbliğ edən əsas qüvvələrindən birinə çevrilir.

Jalə QASIMZADƏ,

"Respublika".