Daha bir qazimiz
Sosial həyat

Daha bir qazimiz "YAŞAT" Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilib

Ağır yaralanan qazilərimizdən biri - Ələkbərov Ömər Teymur oğlu müalicə məqsədilə Türkiyəyə göndərilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, "YAŞAT" Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, indiyə qədər 177 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 155-nin müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının "Hesabatlar" (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.

AZƏRTAC