Dövlət Agentliyinin sədri “YAŞAT” Fondu tərəfindən Türkiyədə müalicə olunan qazilərimizi ziyarət edib
Sosial həyat

Dövlət Agentliyinin sədri “YAŞAT” Fondu tərəfindən Türkiyədə müalicə olunan qazilərimizi ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev  və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyə Respublikasına işgüzar səfər çərçivəsində “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən, ağır yaralanan qazilərimizi ziyarət ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, fond tərəfindən bu gunə qədər 132 qazimiz mualicə ucun Turkiyəyə gondərilib. Onlardan 88-nin mualicə proseduru artıq ugurla yekunlasıb və Vətənə qayıdıblar. Qazilərimizin qarsıdakı aylarda mualicəsi ucun nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qazilərimizlə söhbət zamanı bildirib ki, hər birimiz Qələbəni bizə yaşatdıqları üçün onlara minnətdarıq və “YAŞAT” Fondu onların müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, səfər Türkiyə Respublikasının İstanbul şəhərində təşkil olunan 4-cü “Texnofest” Festivalında iştirak məqsədilə reallaşdırılır.

AZƏRTAC