Dövlət xəstəxanaları arasında ilk dəfə “Mavi kod” sistemininin tətbiqinə başlanılıb
Səhiyyə

Dövlət xəstəxanaları arasında ilk dəfə “Mavi kod” sistemininin tətbiqinə başlanılıb

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Abşeron Rayon Mərkəzi Xəstəxanasında “Mavi kod” sistemi beynəlxalq standartlara uyğun şəkildə qurulub.

Xəstəxanada “Mavi kod” vəziyyətində fəaliyyəti və məsuliyyətləri müəyyən etmək üçün prosedur qaydaları müəyyənləşdirilib, müvafiq nöqtələr təcili cavab avadanlığı ilə təchiz olunub. Bu haqda 27 may TƏBİB-in məlumatında bildirilir.

“Mavi kod” təcili müdaxilə hallarında tənəffüs və ya ürək dayanmalarında istifadə olunur.  Bu hallarda, mümkün olan çox məhdud müdaxilə vaxtı ilə xəstənin ən sürətli və effektiv reanimasiyasını həyata keçirmək lazımdır.  Mavi kod zamanı xəstənin həyati funksiyalarına geri dönülməz zərər verməmək üçün yalnız 2-5 dəqiqə ərzində mütəxəssis müdaxiləsi vacibdir.   Qeyd edək ki, “Mavi kod” sistemi xəstəxana təcili kodları arasında dünyada ən çox tətbiq olunan kodlardan biridir.

“Respublika”.