Ermənistan məğlub dövlət olaraq yenə də bəhanələr uydurur
Digər xəbərlər

Ermənistan məğlub dövlət olaraq yenə də bəhanələr uydurur

TÜRKİYƏ

Ermənistanın kapitulyasiya aktını imzalamasından artıq 29 ay keçib. Bu aylar ərzində Prezident İlham Əliyevin sülh çağırışlarını Ermənistan hakimiyyəti qarşılıqsız buraxdı, əksinə, sülhə xələl gətirəcək davranışlara yol verdi, təxribatlara əl atdı. Sülh çağırışına cavab verilməməsinin əsas məqsədi vaxt uzatmaq Azərbaycanla problemə daha çox tərəf cəlb etməklə onu çoxtərəfli hala gətirməkdir. Yəni məqsəd odur ki, bu problem iki ölkə arasında həllini tapmasın. Onlar bölgədə marağı olan müxtəlif ölkələri, xüsusilə Fransanı, ABŞ-ı, İranı, həmçinin Avropa İttifaqını məsələyə cəlb edərək onu həllolunmaz səviyyəyə çatdırmaq istəyirlər. Odur ki, Ermənistan məğlub dövlət olaraq bəhanələr uydurur, bununla Azərbaycanı günahlandırmağa çalışır, təslimçilik aktına imza ataraq verdiyi sözlərdən yayınır, qanunsuz silahlı birləşmələri, diversantları terrorçuları təmizləmək əvəzinə, onları hərbi texnikaları Xankəndidə saxlamağa çalışır. Həmçinin Ermənistan hər cür vasitə təhrik üsulları ilə Azərbaycanı beynəlxalq ictimaiyyət qarşısında günahkar kimi göstərməyə özünün imtiyazları ilə yaşamağa davam etməyə cəhd edir. Dünyada bir dövlətin başqa bir dövlətin torpağının 20 faizini 28 il işğalda saxlaması beynəlxalq ictimaiyyətin kar, kor lal kimi buna reaksiya verməməsi, ikili standartlar ayrı-seçkilikdən başqa bir şey deyil. Dünya ölkələri ermənilərin əməllərinə susduqca onların təxribatları davam edir. Ermənistan hakimiyyəti revanşist qüvvələr sərhəddə, hazırda Azərbaycan torpaqları olan ərazilərdə yaşayan erməniləri qıcıqlandırır, onların Azərbaycana reinteqrasiyasının qarşısını alır, Rusiya sülhməramlılarının köməyi ilə Xankəndiyə silah-sursat göndərir bununla da öz çirkin planları üçün zaman qazanırlar. Bir sözlə, ermənilər təxribatlarını durmadan davam etdirirlər.

Buradan belə bir sual meydana çıxır. Həqiqətən yeni bir müharibə olacaqmı? Yeni təxribat olarsa, Türkiyə hansı addımları atacaq?

Mövzu ilə bağlı danışan politoloq Volkan Aydemir qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında yeni bir müharibənin olması ehtimalı mövcuddur. "Hindistan başqa ölkələrdən alınan silah sistemləri Ermənistanın 10 noyabr Bəyanatı ilə düşdüyü məğlub vəziyyətlə barışmadığını göstərir. İrəvan yeni silah sistemlərini alır terrorçuları toplayaraq Xankəndiyə göndərir. Üstəlik, bütün bu daşımaların rus sülhməramlıların müşayiəti ilə həyata keçirilməsi üçtərəfli Bəyanatın kobud şəkildə pozulması deməkdir. Daha öncə dəfələrlə vurğuladığımız kimi, Qarabağdakı terrorçu ünsürlər təmizlənmədən, Ermənistan ordusunun qalıqları çıxarılmadan sülhün əldə edilməsi qeyri-mümkündür. Rusiya 10 noyabr Bəyanatının zəmanətçisidir, bölgədə həm sülhməramlı qüvvələri var, həm Ağdamdakı Monitorinq Mərkəzində Türkiyə ilə birlikdə fəaliyyət göstərir. Ona görə rus sülhməramlılarının bu hərəkəti birmənalı şəkildə qəbuledilməzdir. Ermənistan başqa ölkələrin fitnəsi onların verdiyi pulla silah alaraq növbəti müharibəyə hazırlaşır. Baş verənlər bunun sübutudur. Gözümüzün içinə baxa-baxa bizə yalan deyir, ağlımızı, səbir qətiyyətimizi sınayırlar. Tək çarə nəzarət mexanizmlərinin gücləndirilməsi, yeni bir antiterror əməliyyatı ilə terrorçu ünsürləri oradakı silah-sursatı məhv etməkdir. Ermənistan bütün bu əməllərini İran, ABŞ, Fransa ilə birlikdə planlaşdırır. Ancaq onlar bilməlidir ki, Azərbaycanın da səbrinin bir həddi var", - deyə o bildirib.

V.Aydemir vurğulayıb ki, Azərbaycan torpaqlarına hücum olarsa, Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə öz mövqeyini ortaya qoyacaq: "Azərbaycan vaxtı gəldikdə öz gücünü yenidən hər kəsə göstərəcək. Ermənistan bir tərəfdən sülh istədiyini söyləyir, digər tərəfdən isə Qarabağa qanunsuz silah yollayır. Onlar Qarabağda olan separatçıların tərk-silah edilməsini istəmir. Ermənistan sülh danışıqlarını bu cür təxribatyönlü addımlarla pozmağa davam edir. İran isə İkinci Qarabağ müharibəsi dönəmində ondan sonra da Ermənistana dəstək verir onu strateji tərəfdaş kimi qəbul edir. Həmçinin, sözügedən ölkə SEPAH vasitəsilə Azərbaycanı təhdid etməyə davam edir. İndiki hazırlıqlara baxdıqda Ermənistanın müdafiədən çox hücuma hazırlaşdığını görürük. Yəni onlar yeni təxribatlar törədərək müəyyən əraziləri ələ keçirmək niyyətindədir. Ancaq qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi ilə Azərbaycan Türkiyənin ərazi bütövlüyü zəmanət altına alınıb. Bu, NATO-nun 5-ci maddəsi ilə oxşarlıq təşkil edir. Azərbaycanın torpaqlarına hər hansısa bir hücum olarsa, Türkiyə qeyd-şərtsiz aktiv rol alacaq. Heç kim Türkiyədə seçkiləri zəlzələni özlərinə fürsət bilməsin. Çünki olur-olsun Türkiyə güclü bir dövlətdir. Azərbaycanın ərazi bütövlüyünə hücum etmək niyyətində olan dövlətlərin sonu heç yaxşı olmayacaq...".

İranın Azərbaycana qarşı riyakar anlaşılmaz münasibətinə toxunan Volkan Aydemir deyib: "İran 1813- ildə imzalanan Gülüstan, 1828-ci ildə imzalanan Türkmənçay müqavilələri zamanı ondan sonra strateji üstünlüyünü ermənilər Ermənistan üçün istifadə edib. İran ermənipərəst mövqeyini 1988-ci ildən etibarən bölgə qan gölünə dönərkən , Vətən müharibəsindən əvvəl, müharibə zamanı sonrakı mərhələlərdə açıq-aşkar bəlli edib etməkdədir. Azərbaycan-İran sərhədinin təxminən 130-140 kilometrliyi 28 il işğal altında qalanda, Qarabağda Azərbaycan mədəniyyəti məhv ediləndə, məscidlərdən donuz axuru kimi istifadə olunanda səsini çıxarmayan İran Vətən müharibəsində Ermənistanın məğlub olaraq təslimçilik aktı imzalamağa məcbur olmasına, Laçın yolunun Azərbaycanın nəzarətinə keçməsinə görə narahatlıq keçirdi.

Zəngilan Beynəlxalq Hava Limanı açılan kimi İran Zəngəzurda konsulluq açdı, Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı. İran SEPAH-ın yaydığı videolarla Azərbaycanın ərazi bütövlüyünü təhdid edəcək davranış sərgiləyir. Zəngəzur dəhlizinin bu şəkildə ön plana gətirilməsi İranın o bölgəyə silah, narkotik digər vasitələrin daşınması üçün istifadəsi ilə əlaqədardır. İranın addımları dostyana deyil Azərbaycana göstərdiyi davranış, Naxçıvanla sərhədə hərbi qüvvə toplaması da sülhə xidmət etmir. Bütün bunların Ermənistanın İranın bərabər düşündüyünü, koordinasiya etdiyini, Azərbaycana Türkiyəyə qarşı həyata keçirildiyini söyləmək mümkündür", - deyə politoloq vurğulayıb.

O, həmçinin diqqətə çatdırıb ki, SEPAH tərəfindən yayımlanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Paradında söylədiyi "Arazı ayırdılar" bayatısının da yer aldığı videoçarxdan təkcə Azərbaycanın deyil, Türkiyənin təhdid edildiyini anlamaq olar. " Türkiyə, Azərbaycan əvvəlki ölkələr deyil. Hər kəs 29 ay əvvəl şanlı Qələbə ilə bitən müharibənin nəticələrini dərk etməli, Azərbaycanın ərazi bütövlüyünə hörmət bəsləməli, Azərbaycan-Türkiyə birliyinin nəyə qadir olduğunu düşünməli buna uyğun davranmalıdır", - deyə Volkan Aydemir fikirlərini yekunlaşdırıb.

 Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.