Parlament nümayəndə heyətinin Latviyaya səfəri davam edir
Siyasət

Parlament nümayəndə heyətinin Latviyaya səfəri davam edir

Fevralın 2-də Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Riqada Latviya Milli İncəsənət Muzeyində olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan parlament nümayəndə heyətinin üzvləri muzeylə tanış olublar.

Sonra spiker Sahibə Qafarova qonaqlar kitabını imzalayıb.

***

Sonra Milli Məclisin nümayəndə heyəti Latviya Milli Kitabxanasında olub.

Kitabxana ilə tanışlıqdan sonra spiker Sahibə Qafarova qonaqlar kitabını imzalayıb. Milli Məclisin sədri Azərbaycan tarixi, mədəniyyəti haqqında, həmçinin ölkəmizin böyük ədəbi xadimlərinin kitablarını kitabxanaya hədiyyə edib.

AZƏRTAC