Qazax rayon sakininin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb
Region

Qazax rayon sakininin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb

Sentyabrın 22-də Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşərək həlak olub.

Qazax Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

AZƏRTAC