MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

DƏB DEYİB HƏYATINIZI RİSKƏ ATMAYIN!

Hər bir insanda duyğusal vəziyyət üz ifadələri ilə aşkara çıxır. Əsəbilik, qorxu, təəccüb, üzüntü, nifrət, sevinc kimi hissləri göstərən əzələ hərəkətlərinin hamısı bütün insanlarda eynidir. Bir sözlə, bədən dilimizin ən açıq və dəqiq mənaları birbaşa üzümüzə sirayət edir. Ancaq son zamanlar üz dərisinin dartılması, qırışların yox edilməsi məqsədilə istifadə olunan botoks preparatı insanların üz əzələlərini iflic etdiyindən prosedurdan sonra onların duyğusal vəziyyətləri hiss olunmur. Demək olar ki, bütün yaş qrupları  arasında artıq bir dəb halını alan bu prosedurla bağlı aparılan ən son araşdırmanın nəticələri göstərir ki, botoks beynin işinə mənfi təsir edərək onun fəaliyyətində ciddi təhlükə yarada bilər.

ABŞ-ın Kaliforniya Universitetinin alimlərinin araşdırmasına görə, üz nahiyəsində edilən botoks inyeksiyaları beynin duyğuları şərh emaletmə üsulunu dəyişdirə bilər. Alimlər müəyyən ediblər ki, beynin hissləri tənzimləyən sahəsi  olan amigdalanın fəaliyyətində botoks tətbiqindən sonra üz ifadələrində dəyişikliklər baş verir.  33-40 yaş arası 10 qadın iştirakçı üzərində aparılan araşdırmaya görə, botoks iynələri ilə qaşların çatılmasının  qarşısının alınması beyində duyğuların emal edilməsinə mane olur. Belə ki, tədqiqatçılar botoks preparatının əzələ hərəkətlərini donduraraq  amigdala beynin üzləri tanımaqdan məsul sahəsi olan fusiform girus arasındakı koordinasiyanı pozduğu qənaətinə gəliblər.

 

DÜNYANIN QEYRİ-ADİ TƏRBİYƏ ÜSULLARI

Məlumdur ki, uşaqların bir şəxsiyyət kimi formalaşmasında onların təlim-tərbiyəsi mühüm rol oynayır. Hər bir xalqın özünəməxsus həyat tərzi   mədəniyyəti olduğu kimitərbiyə üsulları da fərqlidir. Gəlin onlardan ən qeyri-adilərinə nəzər salaq...

Dünyanın ən sivil ölkələrindən biri olan Almaniyada uşaqların tərbiyəsində ağlasığmaz bir metoddan istifadə olunur. Belə ki, valideynlər iti mətbəx alətlərini uşaqlardan gizlətmirlər. Azyaşlı bir uşağın mətbəxə keçib bıçaqla  nəyisə doğraması almanlar üçün adi hal hesab edilir. Onlar elə  hesab edirlər ki, uşaq gündəlik həyata qədər tez alışsa, onun üçün bir o qədər yaxşı olar. Ancaq bizdə uşaqlardan nəinki bıçaqları, hətta digər potensial təhlükəli alətlər gizlədilir. Əslində, elə düz  edirlər...

Yapon ailələrində  isə yeddi yaşlı uşaqların metrodan digər nəqliyyat vasitələrindən  istifadə etməsinə məhdudiyyət qoyulmur. Bunu yaponlar övladlarının müstəqil şəxsiyyət kimi yetişməsi üçün edirlər. Bu da səbəbsiz deyil, çünki Yaponiya uşaqlar üçün dünyanın ən təhlükəsiz ölkəsi hesab edilir. Koreyada uşaqlara ictimaiyyət arasında özlərini düzgün aparmağı öyrədirlər. Koreyalı valideynlər uşaqlarını elə tərbiyə edirlər ki, onlar başqalarının fikirlərinə hörmətlə yanaşır ictimai yerlərdə isteriya yaratmırlar. Başqalarına hörmət koreyalı uşaqların öyrənməli olduğu ilk işdir.

İspaniyada isə  uşaqlar gecəyarıyadək valideynləri ilə restoranlarda olurlar. İspanlar hesab edirlər ki, balacalar gecəyarı yatmalıdır. Onlar axşam saat 21:00 olanda bizim kimi uşağı yatırtmağa çalışmırlar, əksinə özləri ilə birlikdə ailəvi məclis restoranlara aparırlar. Əslində demək olmaz ki, bu, çox yaxşı ideyadır, lakin ispan ana ataları yaxşı bilir ki, öz övladlarına necə tərbiyə vermək lazımdır...

 

ƏN SAĞLAM QAN QRUPU BU İMİŞ

İngiltərəli elm adamları insan sağlamlığının qan qrupu ilə əlaqəli olduğunu ortaya çıxarıblar. Belə kiLondon Universitetinin alimləri  qan qrupunun  yoluxucu xəstəliklər, qan təzyiqi ilə bağlı problem xərçəng riski daxil olmaqla bir çox  xəstəliklərin səbəbi ola biləcəyini müəyyən ediblər. Araşdırma zamanı məlum olub ki, I(O) qan qrupuna  sahib olan insanların sözügedən xəstəliklərdən əziyyət çəkmə riski digərləri ilə müqayisədə daha azdır.

Araşdırma zamanı, həmçinin qan qrupunu müəyyən edən genlərin eyni zamanda  beyində  qanın laxtalanması  ilə əlaqəli olduğu məlum olub.  882 nəfər üzərində aparılan təcrübələrin nəticələri göstərib ki, IV(AB) qan qrupu olan insanların laxtalanmadan əziyyət çəkmə riski digər qruplara nisbətən  5-6 dəfə çox , I(O) qan qrupuna sahib olanların isə onlardan yarıbayarı aşağıdır.

Qeyd edək ki, keçən il ABŞ-da aparılan  araşdırmada da IV(AB) qan qrupunu daşıyan insanların ürək xəstəliyinə tutulma ehtimalının digər qruplara nisbətən 23 faiz daha çox olduğu müəyyən edilmişdi. Həmçinin III(B) qan qrupuna sahib olanların  isə sözügedən xəstəlikdən əziyyət çəkmə ehtimalının I(O) qrupa  nisbətən 11 faiz  daha çox olduğu məlum olmuşdu.

İngiltərənin Vorvik  Universitetinin virusoloqu   molekulyar onkologiya üzrə professoru Lawrence Young qırmızı qan hüceyrələrinin xaricində olan insanın hansı qan qrupuna aid olduğunu təyin edən molekulların qanın laxtalanma səviyyəsini dəyişdirə biləcəyini qeyd edib.

 

UÇMAĞA YOX QANADI…

Haqqında söhbət açacağımız bu heyvanları çox güman ki, sevməyən yoxdur. Dünyanın ən soyuqsevən heyvanları olmalarına baxmayaraq, onları görəndə insanın daxilində qəribə bir istilik, mülayimlik yaranır. Uçmağa qanadları olmasa da, dünyanın ən sevimli quşlarından biri hesab edilirlər. Yəqin ki, söhbətin pinqvinlərdən getdiyini dərhal başa düşdünüz...

Qeyri-adi xüsusiyyətləri ilə seçilən bu heyvanlar pinqvnkimilər ailəsinin quşlar sinfinə aiddir. Bu ailənin bütün üzvləri yaxşı suya dalmaq üzmək qabiliyyətinə malikdir. Bu yaxınlarda aparılan araşdırma zamanı məlum olub ki, hətta pinqivinlər güzgüdə özlərini tanıya da bilirlər. Böyüklük baxımından bu sevimli heyvanların ölçüləri 30-105 santimetr arasında dəyişir, ən iri nümayəndəsi sayılan  İmperator pinqvinlərinin çəkisi 45 kq, hündürlüyü isə 110-120 santimetrə qədər çata bilir. İsti bölgələrə doğru pinqvinlərin boyları kiçilir. Baxmayaraq ki, pinqvinlər quşlardır, amma onların tükləri quş tüklərinə heç bənzəmir, kürəkləri qara ya boz, qarın hissələri  incə tüklərlə örtülü olur.

Pinqvinlərin bütün xüsusiyyətləri kimi görmələri, qidalanmaları hətta yaşam müddətləri digər quşlardan fərqlidir. Maksimum 25 il yaşaya bilən bu heyvanların gözləri suyun altında  üzməyə uyğunlaşıb, onların göz buynuzları düz olduğu üçün quruda yaxını görürlər. Suyun daha dərinliyinə baş vuran İmperator pinqvinlərinin suyun altına uyğunlaşmasının əsas cəhəti göz bəbəyinin dartılması yığılmasıdır. Məhz bu xüsusiyyətə görə pinqvinlərin gözləri suyun 100 metr dərinliyində belə müxtəlif işıqlanmaya uyğunlaşa bilir. Çox sosial heyvanlar olan pinqvinlər birlikdə  yaşayırlar. Tək-tək yumurtlamağı bala çıxarmağı sevmirlər.

Pinqvinlərin "evliliklərinin" ömrü isə uzun olmur, maksimum 6-7 il birlikdə yaşayırlar. Hər il birlikdə olmanın nəticəsi isə cütlüyün keçən ili necə keçirməsindən asılı olur...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".