İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Veteran cüdoçularımız Avropa çempionu olublar

Azərbaycanın usta cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən Avropa çempionatında birinci yeri tutublar. İdmançılarımız 30 yaşa qədər kişi cüdoçular arasında qızıl medal qazanıblar. Onlar final mərhələsində Belçika komandasına 3:1 hesabı ilə qalib gələrək Avropa çempionu olublar. Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışlarda ümumilikdə 4 qızıl, 2 gümüş 5 bürünc medal əldə ediblər.

Boksçularımız Gürcüstandan 13 medalla qayıdıblar

Gürcüstanın Kutaisi şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Yarışa Azərbaycan, Gürcüstan, Özbəkistan, İsrail Latviya kimi ölkələrin milliləri qatılıb. Yığmamız yarışı 13 medalla başa vurub. Bilalhəbəşi Nəzərov (46 kq), Eldar Abdullazadə (52 kq) Orucəli Cavadzadə (57 kq) qızıl medala sahib olublar. Mircəlal Mirağayevlə (75 kq) İlkin Məmmədli (+80 kq) isə yarışı ikinci yerdə bitiriblər. Ucal Musayev (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev, Əli Baxışov (hər ikisi 50 kq), Faiq Mollayev (52 kq), Elbrus Kərimli (54 kq), Hüseyn Hüseynli (80 kq) Məhəmməd Cəfərov (+80 kq) isə bürünc medal qazanıblar.

Basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsi

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinin yarımfinalçıları müəyyənləşib. Yarımfinalda Macarıstan millisi Bakının "Neftçi" klubu, Almaniya seçməsi isə Niderland yığması ilə qarşılaşacaq. Birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksəliblər. Qruplarda ikinci üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gəliblər.

Gimnastlarımızdan iki bürünc medal

Latviyanın Kekava şəhərində keçirilən "Fairy Dust" beynəlxalq turnirə yekun vurulub. Azərbaycanın bədii gimnastları yarışda iki bürünc medal qazanıblar. Yığmamızın tərkibində Ləman Əhmədli böyüklər arasında, Fidan Aladinova isə gənclər arasında üçüncü yeri tutublar.

Nərgiz İSMAYILOVA,

"Respublika".