Azərbaycanda koronavirus infeksiyasından daha 62 nəfər müalicə olunaraq sağalıb
Səhiyyə

Azərbaycanda koronavirus infeksiyasından daha 62 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 62 nəfər müalicə olunaraq sağalıb,  174 yeni  yoluxma faktı qeydə alınıb.  

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə,  COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə  336 min 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min  668 nəfər müalicə olunaraq sağalıb, 4982 nəfər vəfat edib. Aktiv xəstə sayı 1312 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 831 min 673 test aparılıb. Bugünkü test sayı isə 9947-dir.

AZƏRTAC