Dəniz Amerikanın  ən nüfuzlu universitetində oxuyacaq
Digər xəbərlər

Dəniz Amerikanın  ən nüfuzlu universitetində oxuyacaq

Masallının Mahmudavar kəndindən olan Dəniz Sattarli dünyanın ən yaxşı, tanınmış  universiteti, Amerikada yerləşən Massachusetts Texnologiya Universitetinə bakalavr üzrə qəbul olub. O, ölkəmizdə bu universitetə daxil olan ilk qız məktəblisidir.

“Respublika” xəbər verir ki, Dəniz Zaur qızı Səttarlı  2006-cı ildə Masallı rayonu Mahmudavar kəndində  dünyaya göz aşıb. İlk təhsilini doğma  Mahmudavar məktəbində alıb. 2017-ci ildə 2-ci yerlə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində oxuyub.

2020-2021-ci tədris ilində 9-cu siniflər üzrə buraxılış imtahanında 300 bal yığaraq maksimum nəticə  ilə  respublika birincisi adını qazanıb.

Daha da həvəslə oxuyan Dəniz iki il ard-arda Respublika fənn Olimpiadaların birinci olur. Yəni ilk olaraq 2021-ci ildə 9-cu siniflər arasında keçirilən Kimya üzrə Respublika Fənn Olimpiadasında 1-ci yer tutaraq qızıl medal  alıb.  Ardınca 2022-ci ildə 10-cu siniflər arasında keçirilən Kimya üzrə Respublika Fənn olimpiadasında yenidən qızıl medala layiq görülüb.

Ötən ilin (2022) 10-18 iyul tarixlərində Çində 54-cü Beynəlxalq Kimya Olimpiadasında  (ICHO)  isə Dəniz  bürünc medala sahib çıxıb.

Qeyd edək ki, buna qədər Mahmudavar kəndindən xanım olaraq yalnız Arzu Ağayeva Amerikada ali təhsil almağa müvəffəq olmuşdu. Belə ki, Los Angelesdə bakalavr təhsili alan A. Ağayeva  hazırda Bruklin şəhərində yaşayır.

 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü