Dövlət Dumasının sədri Ermənistanın Roma statutunu qəbul etməsini strateji səhv adlandırıb
Diaspora

Dövlət Dumasının sədri Ermənistanın Roma statutunu qəbul etməsini strateji səhv adlandırıb

Rəsmi İrəvanın Roma statutunu ratifikasiya etməsi düşünülməmiş, strateji cəhətdən səhv addımdır. Bu, ilk növbədə, Ermənistan və onun vətəndaşları üçün problem yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün teleqram kanalında yazıb.

O qeyd edib ki, bu qərarı qəbul edənlər, ilk növbədə, "niyə" sualına cavab verməlidirlər. Dövlət Dumasının sədri vurğulayıb ki, Roma statutunun qəbul edilməsi Rusiya və Ermənistan xalqları arasında münasibətlərin inkişafına ziddir.