Dövlət qurumlarında vakant vəzifələr müsahibəyə çıxarılıb
Digər xəbərlər

Dövlət qurumlarında vakant vəzifələr müsahibəyə çıxarılıb

21 iyun 2023-cü il tarixində elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən “Respublika”ya bildirilib ki, elan üzrə 12 dövlət orqanında mövcud olan 61 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçən 95 namizədlə 95 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Dövlət Statistika Komitəsi, Dayanıqlı inkişaf statistikası şöbəsi, Regional statistika sektoru, sektor müdiri (1 vakant yer üzrə 11 namizəd) üzrə yaranıb.

Müsahibələrin iyulun 20-dən avqustun 15-dək olan dövrdə keçirilməsi planlaşdırılır.