Erməni vəhşilikləri bütün dünyada ifşa olunacaq
Siyasət

Erməni vəhşilikləri bütün dünyada ifşa olunacaq

Azərbaycan bu istiqamətdə mövcud imkanlardan səmərəli istifadə edir

"...Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. Dövlət başçısı həmçinin qeyd edib ki, bu, Ermənistan üçün də yaxşı fürsətdir ki, monodövlət damğasını öz üzərindən götürsün. Qərbi azərbaycanlıların deportasiyadan sonra boşaltdıqları kəndlərdə həyat yoxdur, onların qayıdışı heç də ermənilərin oradan çıxarılması demək deyil.

Vəhşi qəbilə. Dövlət başçısı onları məhz belə adlandırmışdı. 30 il müddətində törətmədikləri vəhşiklik qalmamışdı çünki. Torpaqlarımıza, tarixi-mədəni, dini-mənəvi abidələrə, təbiətə qarşı vəhşilik törətmiş, işğal altında saxladıqları əraziləri yerlə-yeksan etmişdilər.

Bu dünyanın ən böyük yalançılarıdır ermənilər. Tarixi saxtalaşdırmağa vərdiş edən bu məxluqlar beynəlxlaq ictimaiyyəti uydurduqları yalanlara inandırmağın peşəkar ustalarıdır. Hələ Vətən müharibəsinin getdiyi dövrdə Ermənistan rəsmi orqanları o qədər yalan söylədilər ki, özləri də bu yalanların içində itib-batdılar. Əslində, onların bütün yalanları Azərbaycan Prezidenti İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi strategiya sayəsində ifşa olundu. Azərbaycan Ordusunun Hadrutu işğaldan azad etməsi Ermənistana böyük mənəvi-psixoloji sarsıntı yaşatmaqla yanaşı, onların yalanlarını da üzə çıxardı. Uzun illərdən bəri Azərbaycan torpaqlarında əsrlər boyu yaşadıqları barədə rəy yaratmağa cəhd edən ermənilərin bu niyyətləri baş tutmadı. Artıq bütün dünya bilir ki, Ermənistan öz dövlətini Azərbaycan torpaqlarında qurub.

2021-ci il dekabrın 13-də Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə "Erməni vəhşiliklərinin ifşası" adlı layihənin təqdimatını keçirib. Layihənin əsas məqsədi ermənilərin törətdiyi vəhşilikləri faktlar əsasında bütün dünyanın diqqətinə çatdırmaq, erməni faşizminin nə qədər qorxunc, antiinsani mahiyyət daşıdığına bütün bəşəriyyəti inandırmaqdan ibarətdir.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən erməni vandalları tərəfindən yerlə-yeksan edilən yaşayış binalarını, dağıdılan maddi-mənəvi irsimizi görərkən demişdi: "...Mən azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oldum ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı".

2022-ci ilin iyun ayında Azərbaycanın BMT-nin yanında Daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb. Məktubda bildirilir ki, Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi olduğu üçün respublikamızın ərazisində tarixi və mədəniyyət abidələrinin qorunması beynəlxalq məsuliyyətdir. Bu torpaqlardakı erməni təcavüzkarlarının cinayətləri, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi Haaqa Konvensiyasının (1954-cü il), silahlı münaqişələr zamanı mədəni irsin qorunması, arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyasının (1992-ci il), mədəni və təbii irsin qorunması üzrə UNESCO Konvensiyasının (1972-ci il) prinsiplərinə ziddir.

Rəsmi sənəddə Ermənistanın monoetnik dövlət olduğu, bir çox digər xalqların nümayəndələri ilə yanaşı, yüz minlərlə azərbaycanlının Ermənistandan zorla çıxarıldığı və uzun illər ərzində ölkəmizə aid mədəni, dini abidələri "yenidən quraraq" onların unikallığını dəyişdirdiyi vurğulanır: "Ermənistan eyni siyasəti Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində də tətbiq edib. 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin əlinə keçmiş Azərbaycanın əksər şəhər, qəsəbə və kəndləri 700 mindən çox azərbaycanlı sakinlərindən etnik təmizlənməyə məruz qalıb və sonradan dağıdılıb.

Minlərlə mədəniyyət obyekti, o cümlədən məscidlər, məqbərələr, muzeylər, rəsm qalereyaları, arxeoloji abidələr, kitabxanalar və teatrlar talan edilib. Bundan başqa, Azərbaycanın tarixini, mədəniyyətini və etnik kimliyini inkar və təhqir etmək üçün bir çox mədəni və dini obyektlərin orijinal memarlıq xüsusiyyətləri qəsdən və məqsədyönlü şəkildə dəyişdirilib.

Azərbaycanın dini obyektləri tövlə kimi istifadə edilərək onların dini simvolizmi təhrif olunub ki, bu da azərbaycanlılara qarşı xüsusi təhqir kimi nəzərdə tutulmuş güclü və simvolik antimüsəlman davranışıdır".

Ermənistan xalqımıza qarşı 1949-cu ilin Cenevrə Konvensiyasında cinayət sayılan bütün əməlləri törədib. Göyçədən Zəngəzuradək deportasiyalara, Xocalıdan Gəncəyə, Bərdəyə vurulan raket zərbələrinə və son Edilli kütləvi məzarlığına qədər, heç birinə Haaqada hüquqi qiymət verilməyib. 10 noyabrdan sonra dünya gördü ki, "qurucu millət" ələ keçirdiyi ərazilərdə son 30 ildə basdırılan bir milyondan çox mina ilə insanların ölümündən həzz alıb. Buna da minaların mülki insanların yaşadığı ərazilərdə, eləcə də yollarda, yaxud piyadalar əleyhinə basdırılmasına qarşı "Human Rigts Watç"un 2011-ci ildə təsis etdiyi üzv dövlətlərdən ibarət koalisiyasından da hələ heç bir reaksiya verilməyib. Eləcə də Roma statutuna qoşulmamaq, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil olmamaq dövlətləri məsuliyyətindən azad etmir. Ona görə də Miloşeviçi məhkəməyə çəkənlər Koçaryan və Sarkisyan üçün də eyni tribunalı qura bilərdilər.

Ermənistanın milli məhkəmələrində bir nəfər də olsun Xocalı qatili mühakimə olunmayıb. Əksinə, onların son 30 ildəki hərbi qəhrəmanlarının çoxu millətimizə qarşı cinayət törədənlərdir. Ali Baş Komandan İlham Əliyev 2021-ci il avqustun 16-dakı çıxışında erməni siyasi-hərbi rəhbərlərinə üz tutaraq: "çıxarın o medalları, atın yerə, çünki siz artıq məğlub olmusunuz" - demişdi.

Ölkəmizin bu ərazilərinin hər qarış torpağı qızıldır. İşğaldan azad edilmiş torpaqlarda təxminən 160 növ müxtəlif metal yatağı olub. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli dekorativ daşlar və digər təbii yataqlar mövcud idi. Düşmən Kəlbəcərdəki Zod, Ağdərədəki "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarını bu gün də qanunsuz şəkildə istismar edir. Özü də çıxarılan xammalı dünyanın bir çox ermənipərəst ölkələrinə ixrac edib "arxasını möhkəmləndirir".

Ermənilər çaylarımızı, sularımızı da zəhərləməkdə davam edir. Oxçuçayın hazırkı durumu təbiətə qarşı qəddarlığın, cinayətin ən yüksək formasını əks etdirir. Meşəliklərimiz, nadir ağaclarımız da kəsilib "dost ölkələrə" göndərilib.

Maraqlıdır ki, ermənilərin vəhşilikləri onların elə özləri tərəfindən də ifşa edilir. Erməni hüquqşünas Ruben Vardazoryanın ötən ilin yanvarında "epress.am" saytında "Bizimkilər Ağdam və Zəngilanda hidrogen bombasından istifadə edibmi?" başlıqlı məqaləsi dərc olunub. O, Ağdamın "Qafqazın Hirosiması" olduğunu bir növ etiraf edib. Məqalədə erməni ictimaiyyətinə belə bir açıq sual ünvanlayıb: Ağdam şəhəri yer üzündən niyə silinib? Müəllif Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi vandallıqdan da söz açıb. O, daha belə bir sual qoyub: Ağdam və digər ərazilərdə bu dağıntılara, bir evin belə salamat qalmamasına necə icazə vermək olar? Azərbaycanlıların qəbirlərini qazımaq və meyitlərin ağızlarından qızıl dişləri çıxarmaq hansı insanlığa sığır?

Artıq beynəlxalq aləm də faşist xislətlilərin Azərbaycan torpaqlarında törədikləri vəhşilikləri etiraf edir. Amerikalı ekspert Piter Teys Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın kobud şəkildə pozulması olduğunu deyərək qeyd edib ki, Ermənistan terrorçu dövlətdir və öz Metsamor atom elektrik stansiyası ilə növbəti Çernobıl fəlakətinə səbəb yaradacaq rejiminə külli miqdarda pul ayırmaq dəhşətli bir səhvdir: "Erməni rejiminin rəhbərləri Azərbaycanın günahsız əhalisinə qarşı törətdikləri cinayətlərə, habelə Avrasiyanın ətraf mühitinə, su və meşə ehtiyatlarına ziyan vurduqlarına görə məsuliyyət daşımalı və Beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır...".

Bu gün Azərbaycan xalqı bütün bu haqsızlıqlara qarşı etiraz səsini ucaldaraq haqlı tələbini irəli sürür. Xankəndi-Laçın yolundakı ekoloji aksiya ermənilərin qanunsuz fəaliyyətinə qarşı yönəlib. Dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində məsələ ilə bağlı deyib: "Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq".

Zümrüd QURBANQIZI,

"Respublika".