Moskva görüşü: danışıqlar və uğurlu nəticə
Siyasət

Moskva görüşü: danışıqlar və uğurlu nəticə

Mayın 25- Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla üçtərəfli Zirvə görüşü olub. Qeyd edək ki, üçtərəfli danışıqlar Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində keçirilib.

Azərbaycanın Avropa üçün mühüm enerji tərəfdaşı olduğu məlumdur. Ölkəmiz eyni zamanda Türk dünyasında, eləcə İslam aləmində mühüm siyasi, iqtisadi mövqeyə sahiblənib. Bütün bu sadalanan uğurlar İlham Əliyevin balanslaşdırılmış siyasətinin nəticəsidir. Dövlət başçısının düşünülmüş uğurlu siyasəti ölkəmizin maraqlarına hesablanıb. Bütün bunlar cənab İlham Əliyevin daxili xarici siyasətinin mükəmməl vəhdətinin sübutudur.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə bəyanatı ölkəmizin növbəti diplomatik zəfəridir. Dövlətimizin Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıq Ermənistanı geri çəkilməyə vadar etdi. Prezident İlham Əliyev regionda sülhün, təhlükəsizliyin sabitliyin bərqərar olması üçün Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində vacib addımların atılmasının zəruriliyini daim vurğulayıb. Cənab İlham Əliyev bunun üçün Ermənistanla qarşılıqlı şəkildə ərazi bütövlüyünün suverenliyin tanınması əsasında ciddi imkanların olduğunu qeyd etməklə dövlətimizin növbəti dəfə sülh istəyini ifadə edib. Məhz buna görə Azərbaycan Prezidentinin üçtərəfli Zirvə görüşündə iştirakı humanizm prinsiplərinə sadiqlik nümunəsi kimi xarakterizə olunmalıdır.

Bundan əlavə, bu görüşü Vaşinqton Brüssel görüşünün davamı kimi qiymətləndirmək olar. Çünki sözügedən hər iki görüş müsbət nəticələnmişdi. Belə ki, Qərbin Ermənistana təzyiqi ilə, Vaşinqton Brüssel danışıqlarından bir neçə gün sonra Nikol Paşinyan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Qərb yaxşı bilir ki, Cənubi Qafqazda söz sahibi Rusiyadır. Məhz buna görə Qərb Rusiyanın regionda təsirini azaltmaq üçün Azərbaycan Ermənistan arasında sülh sazişinin imzalanmasını zəruri hesab edir. Moskva görüşü isə təsdiq etdi ki, Rusiya Azərbaycan Ermənistan arasında vəziyyətin nizamlanmasında vasitəçi kimi fəal rol oynamaq istəyir. Prezident İlham Əliyev Vladimir Putinlə görüşündə Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə bəyanatını şərh edərək bildirib ki, konkret rəqəmlər göstərməklə ərazi bütövlüyümüzün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Bu isə onu deməyə əsas verir ki, Ermənistan artıq yeganə qurtuluşun Azərbaycanla razılığa gəlmək olduğunun fərqinə varıb.

Nikol Paşinyanın görüşdəki davranışlarına gəldikdə isə onun siyasətə təsadüfən düşdüyünü dəqiq demək olar. Paşinyan əvvəl Azərbaycanın Ermənistana ərazi iddiası olduğunu bildirdi. Prezident İlham Əliyev isə bizim heç bir ölkəyə belə bir iddia irəli sürmədiyimizi vurğuladı. Daha sonra isə Paşinyan İlham Əliyevin fikirləri ilə razılaşdı görüşdən bir neçə gün öncə Qarabağın Azərbaycan torpağı olması ilə bağlı səsləndirdiyi fikirləri Moskvada da təsdiq etdi. Lakin Paşinyanı, necə deyərlər, "havalandıran" məhz İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri oldu. Çünki Ermənistan rəhbəri yaxşı bilir ki, Zəngəzur məhz tarixi Azərbaycan torpağıdır. Onun Azərbaycanın guya Ermənistana ərazi iddiası olduğu fikirləri məhz buradan qaynaqlanır. Lakin Azərbaycanın əsas məqsədi ərazi iddiası yox, Naxçıvanla birləşən dəhlizin açılmasıdır. Ümumi nəticəyə gəldikdə isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını Paşinyanla yanaşı, V.Putin təsdiqlədi. Beləliklə, Moskvada keçirilən son görüşdə Azərbaycan iddialarını tam şəkildə təmin etmiş tərəf oldu. Moskva görüşü bir daha sübut etdi ki, Ermənistan Azərbaycanın milli maraqlarını ifadə edən sülh sazişini imzalamağa məhkumdur.

Nuranə DAXİLQIZI,

"Respublika".