Moskvada terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb
Digər xəbərlər

Moskvada terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb

Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115- nəfərə çatıb.

“Respublika” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Rusiya Səhiyyə Nazirliyindən isə bildirilib ki, terror hadisəsi nəticəsində xəsarət alan 44 nəfərin, o cümlədən 2 uşağın vəziyyəti ağır olaraq qalır.

12:40

Moskva vilayəti Səhiyyə Nazirliyi “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin ilkin siyahısını dərc edib.

“Respublika” xəbər verir ki, siyahıda 37 nəfərin, o cümlədən azərbaycanlı olduğu ehtimal edilən Vüqar Hüseynov adlı şəxsin də adı var.

Rusiya İstintaq Komitəsi hadisə nəticəsində 93 nəfərin həlak olduğunu qeyd olunub.

10:12

Sonuncu məlumata görə, “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində 80 nəfər həlak olub, onlardan 3-ü uşaqdır.

“Respublika”xəbər verir ki, ölənlərin sayının arta biləcəyi bildirilir. Xəstəxanalarda 121 nəfər müalicə alır.

Həlak olanların rəsmi siyahısı Moskva vaxtı ilə saat 10-da dərc ediləcək.

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin Bryansk vilayətində saxlanıldığı bildirilir. KİV-in məlumatına görə, saxlanılan avtomobildə 6 nəfər olub. Onların 4-ü qaçıb. Saxlanılanlar Tacikistan vətəndaşlarıdır.

04:32

Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 60 nəfərdən artıqdır.

“Respublika”xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.

Bildirilib ki, ölənlərin sayının artacağı istisna edilmir.

23:24

İlkin məlumata görə, terror aktı nəticəsində 40 nəfərin ölüb, eləcə də 100-dən çox insan xəsarət alıb.

“Respublika” xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.