“Nurlu ömrün anları” tamaşası nümayiş olunub
Digər xəbərlər

“Nurlu ömrün anları” tamaşası nümayiş olunub

Sabirabad Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Nurlu ömrün anları” adlı teatr tamaşası nümayiş olundu.

“Respublika” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəlini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsini dərin ehtiramla yad etdilər.

Təbdirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP Sabirabad rayon təşkilatının nümayəndələri, Sabirabad Regional Mədəniyyət İdarəsinin işçiləri, İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi və rayon sakinləri iştirak edirdi.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhvələrdən danışıb, Ümummilli Liderin zəngin irsinin, fəaliyyətinin və ideyalarının indiki və gələcək nəsillər üçün örnək olduğunu bildirdilər. Hər bir azərbaycanlının qəlbində Ulu Öndər Heydər Əliyevə böyük sevgi və dərin minnətdarlıq hissinin olduğu,onun əziz xatirəsinin daim qəbimizdə yaşayacağı vurğulandı.

Daha sonra Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu mənzum dram, İrəvan teatrında 2013-cü ildə səhnəyə qoyulmuş Ulu Öndər Heydər Əliyevin həyat yolundan, fəaliyyətindən bəhs edən “Nurlu ömrün anları” adlı teatr tamaşası nümayiş olundu. Tamaşa rayon sakinləri tərəfindən böyük maraqla qarşılandı.

Tofiq Hüseyn,

“Respublika”