Şamaxıda türkiyəli gənclərlə görüş keçirilib
Sosial həyat

Şamaxıda türkiyəli gənclərlə görüş keçirilib

“Regional İnkişaf” İctimai Birliyi və Türkiyənin Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə “Türkiyə - Azərbaycan gənclərinin mübadilə proqramı” həyata keçirilib.

“Respublika” xəbər verir ki, Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Təlim-Tədris Mərkəzində təşkil edilən proqramın açılış mərasimi olub, qonaqlarla tanışlıq görüşü keçirilib və onlar “Azərbaycan gənclər siyasəti” mövzusunda təlimdə iştirak ediblər.

Tədbir çərçivəsində türkiyəli gənclərlə Şamaxı Rayon İcra Hakimiyyətindəkeçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova iştirak edib.

Görüş zamanı türkiyəli gənclərə Şamaxı rayonunun tarixi və mədəniyyəti barədə ətraflı məlumat verilib, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

M.QULUYEV,

“Respublika”