Türkiyə Prezidenti Litvaya gedir
Türk dünyası

Türkiyə Prezidenti Litvaya gedir

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçiriləcək NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Litvaya səfər edəcək.

"Respublika" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Sammit çərçivəsində Ukraynadakı müharibə, həmçinin NATO ölkələrinə qarşı çağırışlar barədə fikir mübadiləsi aparılacağı qeyd olunub.

Bundan başqa, alyansın müdafiə strukturunun gücləndirilməsi və NATO tərəfindən müəyyən edilən əsas təhdidlər, ilk növbədə, bütün forma və təzahürlərdə terrorizmə qarşı mübarizə məsələləri də sammitdə müzakirə olunacaq.

Türkiyə Prezidentinin sammitdə iştirak edən həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.