“Yaşıl enerji” dəhlizi
Siyasət

“Yaşıl enerji” dəhlizi

Azərbaycanın yaratdığı bu layihə Avropaya yeni pəncərədir

Müasir çağırışlar kontekstində dünya tamamilə yeni enerji təchizatı mərhələsinə qədəm qoymaqdadır. "Azərbaycan, Gürcüstan, Rumıniya Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" dünyanın alternativ enerji mübadiləsi tarixində ilk belə beynəlxalq sənəddir: "Azərbaycan malik olduğu zəngin təbii ehtiyatlardan istifadə etməklə, alternativ bərpaolunan enerji istehsalının artırılmasına, dekarbonizasiya enerji mənbələrinin diversifikasiyası kimi qlobal gündəliyə mühüm töhfələr verir. Ortamüddətli perspektivdə ölkəmiz alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin "yaşıl enerji"nin - hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir". Bu fikirlər Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin iştirakçılarına məktubunda yer alıb.

Dövlət başçısı bildirib ki, xüsusilə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirilməsi, o cümlədən Qarabağ Şərqi Zəngəzurda "yaşıl enerji" zonasının yaradılması ölkəni alternativ enerji istehsalçısı ixracatçısına çevirəcək. Enerji keçidində Cənub Qaz Dəhlizinin strateji önəminin daha da artmasını nəzərə alaraq, TANAP TAP layihələrinin genişləndirilməsi Azərbaycan üçün artıq aktual mövzuya çevrilmişdir. Cənub Qaz Dəhlizinin 2027-ci ilədək genişləndirilməsi enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər şaxələndirilmiş enerji təchizatında tərəfdaşlarımızın enerji təhlükəsizliyində ölkəmizin strateji rolunun daha da güclənməsinə xidmət edəcəkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində görülmüş işlər mühüm əhəmiyyət kəsb edir. Vətən müharibəsində qazandığımız qələbədən sonra ölkəmizdə "yaşıl enerji" layihələrində yeni mərhələnin başlanması isə bu sahədə qarşıya qoyulmuş hədəfləri daha da aktuallaşdırıb. Ötən dövrdə paytaxt Bakı ilə yanaşı, ölkəmizin digər bölgələrində bərpaolunan enerji layihələri üçün potensial ehtiyat bir daha nəzərdən keçirilib, bu istiqamətdə müvafiq addımlar atılıb. Azərbaycanın neft-qaz sahəsində, xüsusən avropalı tərəfdaşlarla uğurlu əməkdaşlığı enerji resursları ixrac edən istənilən ölkə üçün nümunədirAzərbaycanın digər ölkələrlə müqayisədə üstünlüyü bütün regionda "yaşıl enerji"nin inkişafına yönəlmiş layihələrin artıq işə salınmasından ibarətdir. Özünü ənənəvi resursların etibarlı təchizatçısı kimi təsdiqləmiş Azərbaycan əldə olunanlarla kifayətlənmir. Ölkənin "yaşıl enerji" ixracı üzrə iddialı planları geniş vüsət alır artıq konkret təşəbbüslər irəli sürülüb.

Qarabağı "yaşıl enerji" zonası elan edən Azərbaycan dekarbonizasiya, qlobal tendensiyalara doğru səylər öz iqtisadiyyatının inkişafı istiqamətində mühüm addımlar atıb. Bu gün Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən irimiqyaslı layihələr ölkənin gələcəkdə, həmçinin alternativ enerji istehsalçısı ixracatçısına çevrilməsini təmin edəcək. İşğaldan azad olunmuş torpaqlarda həyata keçirilən ən mühüm bərpaolunan enerji mənbələri layihələrindən biri Britaniyanın BP şirkəti ilə günəş enerjisinin istehsalı üzrə birgə layihədir. Bu elektrik stansiyasının artıq iki il sonra tam fəaliyyətə başlayacağı gözlənilir. Bu miqyasda şirkətin həyata keçirdiyi layihə Azərbaycanın bərpaolunan enerji potensialının yüksək olduğundan, ölkəmizin etibarlı stabil tərəfdaşa çevrildiyindən xəbər verir.

Bu gün Azərbaycanda "Masdar" "ACWA Power" kimi investorlarla birlikdə günəş külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanılacaqdır. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni cəmi 710 meqavat. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir. Bərpaolunan enerji ilə bağlı planlarımıza gəldikdə, həm quruda, həm dənizdə 25 qiqavat bərpaolunan günəş külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin 10 qiqavatı "Masdar" şirkəti, 12 qiqavatı "Fortescue" şirkəti tərəfindən istehsal olunacaqdır.

Mütəxəssislərin hesablamalarına görə, 3000 kVt-a qədər gücə malik elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etmək, atmosferə atılan karbon qazının miqdarını 23 min ton azaltmaq olar. Rəsmi mənbələrə istinad etsək, ölkəmizdə külək enerjisinin illik potensialı 800 MVt, başqa sözlə isə 4 milyard kVt/saat təşkil edir. Bu isə öz növbəsində ildə 1 milyon ton şərti yanacağa qənaət edilməsi, atmosferə 3,7 milyon ton karbon qazının atılmasının qarşısını almaq deməkdir. Azərbaycanda bu sahədə geniş imkanlar mövcuddur. Abşeron regionunda külək enerjisinin sənaye məqsədləri üçün istifadəsi kifayət qədər real sərfəlidir. Bakıətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Hesablamalara görə, normal külək enerjisindən istifadə etmək üçün onun sürəti saniyədə 3-4 metr olmalıdır. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur.

Azərbaycandan "yaşıl enerji"nin tədarükünə maraq artır ölkəmizin Avropa enerji bazarına yeni statusla daxil olması ilə daim inkişaf edən strateji tərəfdaşlığımızın əsasını təşkil edir. Azərbaycan alternativ mənbələr marşrutlarla Avropanın enerji təchizatını davamlı şəkildə şaxələndirən ölkədir. Bir sözlə, Azərbaycan "yaşıl enerji" ölkəsi kimi inkişafı ilə bağlı strateji məqsədlərini həyata keçirmək əzmindədir. Bütünlükdə, Azərbaycan Avropaya "yaşıl elektrik enerji"nin tədarükü üçün bir neçə yolu nəzərdən keçirir. Bunlardan birincisi Naxçıvan ərazisindən keçən Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi, ikincisi Gürcüstan Türkiyə ərazisindən keçən dəhliz, üçüncüsü isə Qara dənizdən keçən Azərbaycan, Gürcüstan, Rumıniya Macarıstanı birləşdirən sualtı elektrik rəqəmsal rabitə layihəsidir.    Bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql ediləcək. Naxçıvan ərazisindən keçəcək yol mahiyyətcə Zəngəzur dəhlizinin elementidir. Bundan başqa, dövlət başçısının dediyi kimi, Qarabağ Şərqi Zəngəzurla yanaşı, həmçinin Naxçıvanın "yaşıl enerji" zonasına çevrilməsi nəzərdə tutulur.

Ölkəmiz Avropanın enerji təchizatının mənbə marşrutlarla diversifikasiyasının yeni xəritəsini, planını tərtib edir təbii qazla yanaşı, irəlidə "yaşıl enerji" hidrogenin əsas tədarükçülərindən biri olacaq. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Yaşıl Enerji Dəhlizinin yaradılması enerji siyasətimizin başlıca prioritetidir. Bu baxımdan yeni "yaşıl enerji" dəhlizi dünyada baş verən enerji böhranları enerji asılılığı kontekstində Avropa üçün kritik əhəmiyyət daşıyır. Bu layihə Avropa İttifaqının Rusiya enerjisindən asılılığını azaltmaq cəhdinin bir hissəsidir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Buxarestdə Sazişin imzalanması mərasimi ilə bağlı plenar iclasda bildirib ki, Rumıniya, Gürcüstan Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. O, sözügedən sənəddə bərpaolunan enerjiyə geniş diqqət ayrılmasından məmnunluğunu ifadə edərək deyib: "Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Mən, sadəcə, onu deyə bilərəm ki, bu, çox iddialı bir layihədir. Bu layihə bizi həm rəqəmsal kommunikasiya, həm enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq".

Mustafa KAMAL,

"Respublika".