Zirvələrə ucalan qardaşlıq və birlik
Türk dünyası

Zirvələrə ucalan qardaşlıq və birlik

Azərbaycan ilə Türkiyə arasında birliyin, qardaşlığın, həmrəyliyin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət ənənələr, zənginlik, qorxmazlıq türk düşmənlərini əsrlər boyu narahat edib qədər cəhd etsələr bu ortaq dəyərləri bir-birindən ayıra bilməyiblər. Bu qardaşlığın kökləri çox dərinlikdədir, o qədər qırılmaz tellərlə bir-birinə bağlıdır ki, dövranın heç bir gərdişi onu poza bilməyib, onlar zamanın ən çətin sınağından şərəflə çıxıblar. Yaxşı bir el məsəlində deyildiyi kimi, dar gündə qardaş qardaşa arxadır, dayaqdır. Bu qardaşlığa kölgə salmağa cəhd edənlərin xəbis niyyətləri gözlərində qalıb. Həmsöhbətim, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatovla bu mövzuda fikirlərimiz düşüncələrimiz üst-üstə düşür. Bu birliyin, qardaşlığın, ittifaqın polad kimi əyilməz olduğunu həyat dəfələrlə sübut edib. Türk türkün yanında daha əzəmətli görünür, daha güclü olur. Bu başqa qiymətli örnəklər haqqında danışan Nazim müəllim deyir:

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15- Şuşada imzaladıqları Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Azərbaycan Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bu Bəyannamənin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Şuşa Bəyannaməsinin məhz Milli Qurtuluş günündə, həm Şuşada imzalanması böyük siyasi məna daşıyır. Bu Bəyannamənin imzalanması ilə Türkiyə Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu digər strateji sahələri əhatə edir.

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr bütün digər məsələləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artırır. Bu tarixi sənəddə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, "Türkiyə Azərbaycan bir millət, iki dövlətdir".

Türkiyə Vətən müharibəsinin gedişində Azərbaycana mənəvi-siyasi cəhətdən dayaq olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində sıx əməkdaşlıq edir. Ölkəmiz üçün Zəngəzur dəhlizinin açılması böyük geosiyasi iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu avtomobil yolu ilə birləşdirəcək. İnanırıq ki, Zəngəzur dəhlizinin reallığa çevrilməsinə çox vaxt qalmayıb. Cari ilin may ayının 28- Azərbaycanın müstəqillik günü ilə eyni gündə Türkiyədə keçirilən ikinci tur Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yenidən seçkilərdə qalib gələrək Prezident seçilməsi regionda eləcə dünyanın siyasi mənzərəsində yeni mərhələ yaradacaq. Yeri gəlmişkən, Türkiyədə yaşayan azərbaycanlılar, eləcə , Azərbaycanda yaşayan türklər böyük siyasi fəallıqla seçkilərdə iştirak etmiş, türk dünyasının lideri sayın Ərdoğanı dəstəkləyiblər. Bu seçkidə Ədalət İnkişaf Partiyasının seçkilərdə məğlub olacağını zənn edən bir sıra qüvvələr artıq başa düşdülər ki, türk xalqı gələcəyə kiminlə addımlayacağını yaxşı bilir, ölkənin inkişafının Rəcəb Tayyib Ərdoğanla sıx bağlı olduğunu çox gözəl dərk edirlər. Seçkilərdən sonra Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməyən Ermənistan onun havadarları yeni situasiyaya uyğun siyasət sərgiləməyə məcbur olacaq. Artıq Azərbaycanın sülh təşəbbüsləri cavabsız qalmır, danışıqlar masası arxasında proses intensiv məcrada davam etdirilir. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətindən biri ondan ibarətdir ki, hər iki ölkə müdafiə sahəsində əməkdaşlıq qarşılıqlı surətdə bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə iki qardaş ölkənin hərbi qüdrətinin yüksəlməsi deməkdir.

 Söhbəti yazdı:

 Salman ALIOĞLU,

 "Respublika".