İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

F1-in sprint mərhələsinin təsnifat formatı məlum olub

Britaniyanın "RaceFans" nəşri 28-30 aprel tarixlərində Bakıda şəhər trasında təşkil olunacaq Formula 1 yarışlarının sprint mərhələsinin yeni formatının təfərrüatını açıqlayıb. Şənbə günü ikinci məşqin əvəzinə qısa yürüş üçün ayrıca təsnifat təşkil olunacaq. Standart təsnifat sessiyası kimi, bu yürüş üç seqmentdən ibarət olacaq. Lakin adətən 18 15 dəqiqə çəkən birinci ikinci hissələr vaxt etibarilə qısa olacaq. Üçüncü seqmentdə isə on iştirakçıdan hər biri növbə ilə bir sürətli dövrə vuracaq. Azərbaycan Qran-Prisinin yürüş uik-endinin formatının aprelin 25- Formula 1 çempionatının Komissiyasının iclasında təsdiqlənəcəyi gözlənilir.

 

Təmsilçimiz Antalyada yarışların finalında

Antalyada idman gimnastikası üzrə Avropa çempionatı davam edir. Çempionatda iştirak edən gimnastımız Nikita Simonov finala yüksəlib. Halqalar ilə hərəkətdə təsnifat mərhələsində hakimlərdən 14,666 xal alan təmsilçimiz altıncı olub finala adlayıb. Qeyd edək ki, qitə çempionatına aprelin 16-da yekun vurulacaq.

 

Bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçiriləcək

Mayın 17-dən 21-dək Bakıda bədii gimnastika üzrə "Ulduz kimi parla" şüarı altında 39-cu Avropa çempionatı keçiriləcək. Yarış beş gün davam edəcək gimnastlar fərdi (böyüklər) qrup hərəkətləri proqramında (gənclər böyüklər) çıxış edəcəklər. Qitə birinciliyindən qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan Darya Sorokinadan ibarət komandamızın üzvləri yer alıblar. Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi beşinci Avropa çempionatı olacaq. Daha əvvəl paytaxt Bakı 2007-ci, 2009-cu, 2014- 2019-cu illərdə bu növ üzrə qitə çempionatına evsahibliyi edib.

 

Qol güləşçiləri ümumrespublika turnirində

Aprelin 29-30-da Bakı Gənclər Evində ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə "Mən həmişə fəxr etmişəm, bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam!" devizi altında qol güləşi üzrə ümumrespublika turniri keçiriləcək. Turnir 13 çəki dərəcəsi üzrə sol sağ qollar üzrə təşkil olunacaq. Fiziki imkanları məhdud idmançılar qazilər xüsusi təsnifatda üç çəki dərəcəsi üzrə güclərini sınayacaqlar. Qaliblərə Azərbaycan Qol Güləşi Federasiyası tərəfindən diplomlar, ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə xüsusi hazırlanmış medallar təqdim olunacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".