Gimnastımız final mərhələsinə vəsiqə əldə edib
İdman

Gimnastımız final mərhələsinə vəsiqə əldə edib

21 iyun GİN-dən bildirilir ki, Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlar davam edir. Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Oyunlarda ölkəmizi təmsil edən bədii gimnast Mehriban Tağıyeva çıxış etdiyi divizionda çoxnövçülük proqramında bürünc medal qazanıb. Gimnastımız həmçinin ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent) üzrə final mərhələsinə vəsiqə əldə edib.

“Respublika”.