Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Azərbaycan müstəqil bir dövlətdir. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi Vətəni vardır... Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır.

 

 

Bakı ilə Pekin arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti Heydər Əliyevin xüsusi xidmətləri var. Cənab Heydər Əliyev Çin xalqı arasında böyük nüfuza malikdir. Hələ 1980-ci illərdə Heydər Əliyev keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən, başqa bir dövr, başqa şərait olsa da, o, sovet rəhbərləri arasında Çinlə münasibətlərin qaydaya salınmasına çalışan ilk şəxslərdən biri olmuşdur. O, Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra da Çinlə əlaqələrə həmişə xüsusi diqqət vermişdir.

Çjan SİYUN,

Çin Xalq Respublikasının Azərbaycandakı

sabiq səfiri.

 

Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir.

Çingiz AYTMATOV,

qırğız yazıçısı, Qırğızıstanın Belçikadakı sabiq səfiri.

 

Prezident Heydər Əliyev Azərbaycan tarixində tutduğu ən yüksək fəxri pilləni həmişə qoruyub saxlayacaqdır. Qafqazı tanıyan hər bir şəxs razılaşar ki, cənab Heydər Əliyev bu regionun tarixində rəhbərlik etmiş ən böyük lider, öz ölkəsini qurmuş və ona yenidən həyat vermiş bir şəxsiyyət olmuşdur.

Onun müdrikliyi, peşəkar liderlik qabiliyyəti, beynəlxalq diplomatiyada göstərdiyi ustalıq və Qafqazın siyasi-iqtisadi mürəkkəbliklərini tam başa düşməsi Azərbaycan və Birləşmiş Ştatlar arasında mövcud olan iqtisadi və siyasi münasibətləri möhkəmləndirmiş, ölkədə genişmiqyaslı islahatların həyata keçirilməsinə zəmin yaratmış, Azərbaycanın yaxın və işıqlı gələcəyinin təməlinin qoyulmasında öz əsas rolunu oynamağa imkan vermişdir.

Stenli T.ESKUDERO,

Azərbaycandakı Amerika Ticarət Palatasının

sabiq birinci vitse-prezidenti.

 

Azərbaycan xalqının həyatında bütöv bir epoxa, xüsusilə müstəqil Azərbaycanın təşəkkül tapdığı illər Prezident Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Şərq müdrikliyinin təcəssümü və zəmanəmizin böyük siyasətçisi idi.

Meret ORAZOV,

Türkmənistanın ABŞ-dakı sabiq səfiri.

 

Heydər Əlirza oğlu xoşbəxt adamdır. O, ölkəni qurdu, layiqli oğul böyütdü və bütün həyatını həsr etdiyi işi ona tapşırdı.

Kanat SAUDABAYEV,

Qazaxıstanın ABŞ-dakı sabiq səfiri.

 

Cənab Heydər Əliyevin Azərbaycanın inkişafına töhfəsi ölçüyəgəlməzdir. Biz ömrünü öz xalqının tərəqqisinə, millətin sıx birliyinə və beynəlxalq aləmdə ölkənin nüfuzunun möhkəmlənməsinə həsr edən belə insanları alqışlayırıq.

Olqa DERQUNOVA,

"Maykrosoft" nümayəndəliyinin sabiq başçısı.

 

Heydər Əliyev rəhbər kimi bütün istedadını, təşkilatçılıq qabiliyyətini, təcrübəsini və müdrikliyini öz xalqına xidmətə həsr etmişdir. Ən çətin vəziyyətlərdə yeganə düzgün və dəqiq qərar tapmaq bacarığı həm ölkədə, həm də bütün dünyada ona şöhrət və hörmət qazandırdı.

Heydər Əliyev elmin inkişafına, gənclərin təhsil və tərbiyəsinə, Azərbaycan Respublikası üçün yüksəkixtisaslı kadrlar hazırlığına xüsusi diqqət yetirirdi. Fəxr edirik ki, bizim akademiyanın Ukrayna-Azərbaycan Sosial Elmlər İnstitutu Heydər Əlirza oğlunun razılığı ilə onun adını daşıyır. Bu, bizim üçün böyük şərəf və həm də böyük məsuliyyətdir.

Georgi ŞYOKİN,

Regionlararası İşçi Heyətini İdarəetmə

Akademiyasının prezidenti.

 

Latviya və Azərbaycan arasında iqtisadi və humanitar əlaqələrin qaydaya salınmasını hər cəhətdən məhz Heydər Əliyev dəstəkləmişdir. Bu da iki ölkənin sahibkarları arasında geniş əməkdaşlığın inkişafına kömək etmişdir.

Valeri KARGİN,

"PAREKS BANK"ın sabiq prezidenti.

 

Cənab Prezident Heydər Əliyev müharibənin ağır və amansız illəri zamanı hakimiyyətə gəlişi ilə ölkənin birliyini saxlamağa və möhkəmləndirməyə, vətəndaş həmrəyliyi yaratmağa nail oldu. Azərbaycan xalqının özünə inam və sakitlik tapması məni sevindirirdi. Ölkə xalq təhsilinin yüksək səviyyəsinə çatmaqla və öz təbii sərvətlərinə sahib olmaqla, tərəqqi yoluna qədəm qoymaqla yoxsulluqdan müvəffəqiyyətlə çıxa bildi.

Gi ŞEVALYE,

Fransanın Bakıdakı səfirliyinin sabiq əməkdaşı.

 

Həqiqət ondan ibarətdir ki, möhtərəm cənab Prezident Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan keçmiş Sovetlər Birliyinin lider dövlətləri ilə müqayisədə həddindən çox nailiyyətlər əldə edibdir. O həqiqətən, yeni Azərbaycan dövlətinin qurucusudur.

Tim EQQAR,

Britaniya-Azərbaycan Cəmiyyətinin sədri,

"Monument Oyl ənd Qaz" şirkətinin

sabiq baş direktoru.