Ulu öndərin xatirəsi yad edilib
Sosial həyat

Ulu öndərin xatirəsi yad edilib

Moldovada səfərdə olan DOST Agentliyinin nümayəndə heyətinin üzvləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Kişinyov şəhərində yerləşən büstünü ziyarət ediblər. Agentliyin mayın 19-da yaydığı məlumatda bildirilir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndərin əziz xatirəsi yad edilib, abidəsinin önünə gül dəstələri düzülüb.

Daha sonra DOST Nümayəndə heyətinin Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov ilə görüşü də baş tutub.

“Respublika”.