Qanvermə aksiyası
Sosial həyat

Qanvermə aksiyası

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Respublika Milli Hematologiya və Transfuziologiya institutu Mərkəzi Qan Bankının və “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında keçirilən “Sən də bizə qoşul, qan ver, həyat qurtar!” başlıqlı aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin, YAP Biləsuvar rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, eləcə də rayon ictimaiyyətinin nümayəndələri olmaqla 194 nəfər donordan qan götürülüb. Biləsuvar Rayon İcra hakimiyyətinin başçısı Faiq qürbətov rayonun hüquq-mühafizə orqanlarının rəhbəri ilə birkə aksiyanın keçirildiyi Biləsuvar rayon mərkəzi Xəstəxanasına gələrək aksiyaya qoşulub. Biləsuvarda mütamadi olaraq keçirilən qanvermə aksiyası həmişə olduğu kimi, bu dəfə də yüksək mütəşəkkilliklə həyata keçirilib. 

Ərəstun ABDULOV,

“Respublika”.