ADA Universitetində bu il 600-dək tələbə məzun olub
Elm və təhsil

ADA Universitetində bu il 600-dək tələbə məzun olub

İyunun 13- ADA Universitetində "Məzun günü" keçirilib. Tədbirdə tələbələrlə yanaşı onların ailə üzvləri, professor-müəllim işçi heyəti, eləcə dövlət özəl qurumları təmsil edən qonaqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir Universitetdə təhsil alan əcnəbi tələbələr tərəfindən təmsil edilən ölkələrin bayraqlarının səhnəyə gətirilməsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra, tədbirin aparıcıları Mənzər Əmirli Qədir Səfərli builki bakalavr məzunların adından çıxış etmələri üçün İnci Rüstəmovanı Fatimə Davudlunu, magistr məzunlarını təmsil etməsi üçün isə Murad Malik Aslanovu səhnəyə dəvət ediblər.

ADA təhsili sayəsində əldə etdikləri nailiyyətlərdən bəhs edən yenicə məzun olmağa hazırlaşan çıxışçılar burada təhsil dövründə yaşadıqları ən unudulmaz anları yada salıblar. Məzunlar onların akademik, şəxsi peşəkar inkişafında əvəzsiz rolu olan ADA Universitetinin müəllimlərinə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal tələbələrin, məzunların müəllim heyətinin uğurlarına toxunub.

"Hansı ildə məzun olmağınıza baxmayaraq harada olmağınızdan asılı olmayaraq, sizin daim ADA dəyərlərinin daşıyıcısı olacağınıza burada aşılanan layiqli vətəndaş prinsiplərinə hər zaman sadiq qalacağınıza əminəm", - deyən Vəfa Kazdal onlara gələcək fəaliyyətlərində uğurlara imza atmağı öz əməlləri ilə digərlərini ilhamlandırmağı arzu edib.

Məzunlar qarşısında çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov "Məzun günü" yeniliklərin başlanğıcı kimi qiymətləndirib.

"Sürətlə dəyişən hazırkı dövrdə ən böyük dəyərinizi - öz bilik bacarığınızı böyük təsirə malik işlərə görməyə sərf edin", - söyləyən Taleh Kazımov məzunları arzularını, məqsədlərini düzgün müəyyənləşdirməyə, cəmiyyətə faydalı işlər görməyə səsləyib.

Tədbirdə ADA Universitetinin rektoru səfir Hafiz Paşayev çıxış edərək məzunlara peşəkar həyatlarında uğur qazandıracaq dəyərli tövsiyələr verib. ADA-nın 2011-ci ildə cəmi 16 məzunun iştirakı ilə "Məzun günü" keçirdiyini, lakin bu gün məzunların sayının dəfələrlə çox olduğunu, hətta həmin məzunlar arasında Vətən müharibəsi iştirakçısının da olduğunu bildirib.

"Universitetin missiyası yalnız təhsil vermək deyil, onun missiyası həm sosial məsuliyyətə malik vətəndaşlar yetişdirməkdir",- deyən rektor ADA Universitetinin hazırkı layihələrindən bəhs edib. O, həmçinin İtaliya-Azərbaycan Universiteti çərçivəsində təqdim edilən iki yeni fakültədən, eləcə ADA Universitetinin regionda fəaliyyət göstərənlər üçün təqdim etdiyi azərbaycandilli magistr ixtisaslarından söhbət açıb.

Çıxışlar başa çatdıqdan sonra ADA Universitetinin Tələbə qəbulu qeydiyyat şöbəsinin direktoru Günay Ziyadova səhnəyə dəvət edilib bununla da diplomların təqdim olunması mərasimi elan edilib.

Diplomlar ixtisaslar üzrə müvafiq olaraq İctimai beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, Biznes fakültəsinin dekanı Hüseyn İsmayılov, İnformasiya texnologiyaları mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov, Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılova Hüquq fakültəsinin dekanı Rəşad İbadov tərəfindən təqdim edilib.

Qeyd edək ki, tədbirin qonaqları qismində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, əmək əhalinin sosial müdafiəsi nazirinin müşaviri Anar Kərimov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, "Azərxalça" ASC İdarə Heyətinin sədri Emin Məmmədov digər dövlət qurumlarından səlahiyyətli şəxslər iştirak ediblər.

Rektor Hafiz Paşayevin ADA Universitetinin 2023- il məzunlarını elan etməsindən sonra tədbirin rəsmi hissəsi başa çatıb bədii proqram başlanıb. Məzunlar klassik müasir musiqilərin fonunda əyləncəli anlar keçiriblər.

Xatırladaq ki, ümumilikdə 2022-2023- akademik il üzrə ADA Universitetində 8 bakalavr 8 magistr ixtisası üzrə 571 tələbə məzun olub. Məzun olan tələbələrin 548-i yerli, 23-ü isə əcnəbidir.

Bu il məzun olan əcnəbi tələbələr 14 müxtəlif ölkəni təmsil edirlər. Həmin ölkələr arasında Belarus, Gürcüstan, İndoneziya, İran, Meksika, Moldova, Mozambik, Özbəkistan, Qazaxıstan, Rusiya Federasiyası, Seyşel Adaları, Sudan, Tacikistan, Ukrayna yer tutur.