AQTA əməkdaşları “Liderliyin əsasları və idarəetmə” mövzusunda keçirilən təlimdə iştirak edib  
İQTİSADİYYAT

AQTA əməkdaşları “Liderliyin əsasları və idarəetmə” mövzusunda keçirilən təlimdə iştirak edib  

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) strukturuna daxil olan qurumlarda çalışan rəhbər vəzifəli şəxslər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin mütəxəssisi tərəfindən “Liderliyin əsasları və idarəetmə” mövzusunda keçirilən onlayn təlimə qatılıb.

22 iyun AQTA-dan verilən məlumatda bildirilir ki, təlim “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planına uyğun olaraq, dövlət qulluğunda rəhbər vəzifəli şəxslərin insan resurslarının idarəedilməsi sahəsində bilik və bacarıqlarını artırmaq məqsədilə təşkil olunub.

Təlimdə  AQTA əməkdaşlarına liderliyin əsasları və idarəetmə bacarıqları barədə ətraflı məlumat verilib.

“Respublika”.